Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 19Апр

    Bu gün saat-15:00-da Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı-publisist, istedadlı jurnalist, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə xanım Sadıqovanın “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçiriləcək.

    Gecədə geniş intellektə, zəngin dünyagörüşünə malik peşəkar jurnalist Rəfiqə xanımın həyat və yaradıcılığından söz açılacaq. Yazıçı-publisistin 2 roman, 2 povest və 5 hekayəsinin yer aldığı, bu yaxınlarda oxucuların ixtiyarına verilən “Gecikmiş etiraf” kitabına nəzər salınacaq.

    Qeyd edək ki, Rəfiqə Sadıqova 2017-ci ildə Prezident mükafatına layiq görülüb. O, Azərbaycan Jurnalistlər Birliyi Gəncə Şəhər Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm”, Həsən bəy Zərdabi, Ali Media mükafatlarına və “Tərəqqi” medalına layiq görülüb.

    dii yaradıcılığa şeirlə başlayan Rəfiqə Sadıqova “Dünya beş günlük deyil”, “İkinci toy” və “Nigaran qalacağam” romanlarının, “Yarımçıq səadət”,”Toy dəvətnaməsinə yazılmayan ünvan” sənədli povestlərinin müəllifidir.Dövrü mətbuatda vaxtaşırı bədii və publisistik yazıları ilə çıxış edən Rəfiqə Sadıqovanın “Gecikmiş etiraf” və “Lalə əfsanəsi” hekayələri ingilis dilinə tərcümə edilərək Amerika oxucularına təqdim edilib.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:48

İsmarıclar bağlıdır.