Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 464
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 16Июн

    Heydər Əliyev park-kompleksi deyib-gülən, şənlənən insanları ağuşuna almışdı. Gəncə sakinləri onlar üçün əziz unudulmaz bir günü – 15 iyun Milli Qurtuluş Gününü qeyd etmək üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin möcüzə adlandırdığı parkdakı amfiteatra toplaşmışdılar. Bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə, müəssisə təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, şəhər ziyalıları toplaşmışdılar. Həmçinin tədbirdə 2016/2017-ci tədris ilində Gəncə şəhər tam orta məktəblərini bitirən məzunlar təhsil işçiləri iştirak edirdilər.
    15 iyunMilli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək hər il geniş qeyd olunur.

    Bayram tədbirində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 15 iyunMilli Qurtuluş Günü münasibəti ilə gəncəliləri Son zəngmünasibəti ilə isə məzunları təbrik edib. Məzunlara müstəqil həyatlarında uğurlar, imtahanlarda zehin açıqlığı, ali təhsil ocaqlarına daxil olaraq valideynlərini müəllimlərini sevindirmələrini arzulayıb.

    Elmar Vəliyev deyib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib. Həyat fəaliyyəti doğma xalqa, torpağa məhəbbət, sədaqət meyarı olub. Ümummilli lider Heydər Əliyev "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" – fikirləri ilə həmişə xalqına, Vətəninə necə bağlı olduğunu bəyan edib.

    Elmar Vəliyev vurğulayıb ki, Heydər Əliyevin 1993- il iyunun 15- ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi, sözün əsl mənasında, siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi. Azərbaycanın işıqlı gələcəyinin təməli qoyulduğu 15 iyun haqlı olaraq əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazılıb. Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz qiymətli tutur, hər il böyük sevinc fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə ümummilli lider Heydər Əliyevdir.

    Daha sonra icra başçısı Elmar Vəliyev 2016/2017-ci tədris ilində ən yüksək nəticələr əldə etmiş şagird məzunlara mükafat notbook hədiyyə edib.

    Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, 27 nömrəli məktəb-liseyin valideyn komitəsinin sədri Aysel Qurbanova məzunlaraSon zəngmünasibəti ilə ən xoş arzularını çatdırıblar. Onlar 11-cilərə  gələcək həyatlarında  müvəffəqiyyətlər arzulayıb.

    Təntənəli mərasim F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə şəhər tam orta məktəblərin məzunlarının konsert proqramı ilə yekunlaşıb.

     

    Samirə SƏMƏDOVA

     

     

       

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:55

İsmarıclar bağlıdır.