Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Апр

    Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Komissiyası (YÖK) tərəfindən Mövlana beynəlxalq mübadilə proqramı çərçivəsində Ərzurum Atatürk Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında elm və tədris sahələrində, tələbə vəəllim mübadiləsində əlaqələr daha da möhkəmləndirilir.

    Atatürk Universitetinin Əczaçılıq fakültəsinin Biyokimya anabilim dalının öğretim üyesi Prof. Dr. Yasin Bayır (layihə rəhbəri), Tibb fakültəsinin Farmakologiya anabilim dalının öğretim üyələri Prof.Dr.Abdulmecit Albayrak və Dos. Dr. Erol Akpınar (araşdırmaçılar) ilə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının dosenti Dr. Abbas İsmayılov, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrasının assistenti, Dr. Küşver Məmmədova, baş müəllimi Nərmin Tağıyevanın birgə həyata keçirdikləri “Polygonum carneum ekstraktının sıçanlarda indometazin ilə induksiyalanan yara modelində qoruyucu təsirlərinin araşdırılması” (YÖK-2018-2019-95916564-724.01.03-E.4893,MEV-2018-207) layihənin icrası ilə əlaqədar 16-24 aprel 2019-cu il tarixlərində hər iki fakultənin kafedralarında olmaqla professor, müəllim heyyəti və tələbələrlə görüşüb, universitetlərinin tanıtımını edib, mühazirələr söyləyib.

    Türkiyəli qonaqlar Aqronomluq fakultəsinin Bağçılıq kafedrasında olmaqla professor, müəllim heyyəti ilə görüşüb. Prof.Dr.Abdulmecit Albayrak universitetlərinin tanıtımını edib, layihə barəsində məlumat verib. Kafedrnın professoru Dr. Zaur Həsənov meyvəçilik sahəsində aparılan tədqiqatlardan danışıb.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:37

İsmarıclar bağlıdır.