Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Апр

    Bu gün Azərbaycanın Xalq artisti, qocaman səhnə ustası, teatr və kino aktyoru Məhəmməd Bürcəliyevin (1914- 1994) doğum tarixidir. Sənətkarın adının əbədiləşdirilməsi məqsədi ilə yaşadığı binanın qarşısına xatirə-barelyefi vurulub. Azərbaycanın xalq artistinin oğlu Anar Bürcəliyev ailə üzvləri adından görkəmli sənətkarın xatirəsinə göstərilən diqqətə görə şəhər rəhbərliyinə dərin təşəkkürünü bildirib.

    1935-ci ildən ömrünün sonunadək Gəncədə yaşayıb-yaradan görkəmli sənətkar 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Burada beşillik təhsilini başa vurduqdan sonra fabrik-zavod məktəbinə daxil oub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

    O, Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb.

    M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin respublikada çıxan qəzet və jurnallarda 75-dən çox məqalə, resenziya və oçerkin müəllifidir.

    Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən çox maraqlı obrazlar qaleriyası yaradıb. “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “1905-ci ildə”də Qubernator, “Almaz”da Şərif və s. Həmçinin 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib.

    Məmməd Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaradıb. İstedadlı sənətkar 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib.

    Məmməd Bürcəliyevin anadan olmasının 95 illik yubileyi münasibəti Bakıda “Xoşbəxt bürc altında” televiziya filmi istehsal olunub və nümayiş etdirilib.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:39

İsmarıclar bağlıdır.