Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 26Апр

    Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və “Gələcəyə Körpü” Gənclər Birliyinin təşkilatçılığı ilə icra edilən “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihənin son seminarı icra edilib.

    Layihənin keçirilməsində əsas məqsəd ölkənin qərb regionunda yerləşən 9 rayonda yeniyetmə və gənclərə keçiriləcək seminarlar vasitəsilə onların şəxsi və peşəkar inkişaflarına təkan vermək, ictimai və sosiallığını gücləndirmək və gənclər üçün yaradılan xidmət və imkanlar haqqında onları maarifləndirməkdir.

    Layihə çərçivəsində ölkənin Tovuz, Qazax, Ağstafa, Göygöl, Gədəbəy, Şəmkir, Samux, Goranboy və Daşkəsən rayonlarına səfər edildi və hər birində 2 gün olmaqla 25 nəfər region gəncinə müvafiq mövzularda-ictimai fəallıq, könüllülük, liderlik, sosial sahibkarlıq və Startap, gənclər üçün yaradılan imkanlardan yararlanma, (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri və s.), beynəlxalq tədbirlərdə iştirak və təmsilçilik, o cümlədən gənclər siyasəti mövzularında maarifləndirici seminarlar keçirilib.

    Qeyd edək ki, sözügedən layihə Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində "region və kənd gənclərinin ictimai fəallığının artırılması" istiqaməti üzrə qalib olub.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:30

İsmarıclar bağlıdır.