Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 518
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Июл

    Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan xalqını yaşatmaq, inkişaf etdirmək dünya mədəniyyəti səviyyəsinə çatdırmaq qabaqcıl, elmli, bilikli adamların fəaliyyəti nəticəsində mümkündür. Belə adamları üzə çıxarmaqda tükənməz imkanlara malik olan qüvvə təhsildir. Təhsil cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən bir sahədir.

    Respublikamızın bütün müəllimləri təhsilimizin gücündən zamanın tələbinə uyğun istifadə etməli, müasir həyatla səsləşən təlim metodlarından istifadəni ön plana çəkməli öz dərs metodlarını yaratmalıdırlar.

    Təhsil ocaqlarımızda gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam saf insanlar kimi yetişdirmək məsələsi mühüm yer tutur.

    Bütün bunları nəzərə alaraq eyni zamanda təhsil sahəsində dövlət siyasətinin prinsiplərini əsas tutaraq tələbələrimizdə vətənpərvərlik, humanistlik, demokratiklik, bərabərlik, millilik dünyəvilik, keyfiyyətlilik, varislik, səmimilik, fasiləsizlik, vəhdətlik, daimilik, liberallaşma inteqrasiya kimi ali keyfiyyətləri aşılamaq hər bir Azərbaycan müəlliminin şərəf vəzifəsidir. eyni zamanda bu ideyalar dövlətimizin, xalqımızın bütövlüyü rifahı naminə həyata keçirilməli olan başlıca amillərdir.

    Cəmiyytdə yeni ictimai münasibətlərin yaranması, informasiya əsrinin tələbləri, təhsilin məqsəd vəzifələrinə yeni baxış yanaşmaların formalaşması, mövcud təhsil proqramını müasir tələblərə uyğunlaşdırmaq, dünya təhsil sisteminə inteqrasiya, müəllimlərin daim yeniliklər axtarmasını, öz üzərində müntəzəm çalışmasını zəruri edir.

    Müəllim üçün təlim, tədris, pedaqoji proses zövq işi olmalıdır. Düşünürəm ki, müəllimlik bir incəsənətdir.

    Tələbələri ixtisasyönümlü şəxsiyyətyönümlü şəkildə yetişdirmək, tədris olunan fənn üzrə biliklərin həcmi, möhkəmliyi, davamlılığı, praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş qabiliyyətləri onlarda üzə çıxarmaq, fənnin elmi-tibbi potensialını artırmaq, məlumatlıq səviyyəsini çoxaltmaq, zamanınbu günün tələbidir.

    Fəal təlim prosesində gündəlik dərs icmalının qurulması, dərsin məzmun xəttinin dolğun seçilməsi, tələbələrdə məntiqi təfəkkürün daim inkişaf etdirilməsi, dərs standartlarına aid olan müqayisəli dərs sistemi, distant dərs metodunun tərkib hissəsi olan "online group" yaradılması əhəmiyyətlidir. Tələbələrdə ünsiyyət qabiliyyəti, nitq mədəniyyəti, intellektual səviyyə göstəriciləri, gələcəkdə xəstələrlə münasibətdə mənəvi hazırlıq, video audio tələmlərdən istifadənin məqsədyönümlü olduğunu hesab edirəm.

    Dərsin ilk mərhələsinin motivasiya olduğunu nəzərə alaraq tələbələri bilik mənbəyinin düzgün seçilməsinə yönəltmək zəruridir. Eyni zamanda tədqiqatın aparılması mərhələsi dərsin əhəmiyyətli hissəsi olmalıdır. Belə ki, yeni faktlar, ifadələr, sözlər, yeni bilgilər araşdırılmalı, bilik, bacarıq vərdişlər üzə çıxarılmalıdır.

    Sərbəst işlərin hazırlanması, mövzudan asılı olaraq dərsin forma üslubu, sistemlik, yaradıcılıq tədris prosesində əhəmiyyətli rol oynayır. Debat üsulunun üstünlükəri, fərdi cütlərlə, yarımqruplarla çalışmaq yarışmalar təşkil etmək dərsin keyfiyyətinə əsaslı, müsbət təsir göstərən amillərdir.

    Tələbələri elektron kitabxanalara cəlb etmək məqsədi ilə mövcud elektron mənbələrdən düzgün istifadəsini saxlamaq, tədrisdə demokratik üslubla yanaşı dioloji təlimə geniş yer verilməsi məqsədəyönümlüdür.

    Əgər nəzərə alsaq ki, şəhərimiz Avropa Gənclər Paytaxtı, daha sonra MDB-nin Mədəniyyət Paytaxtı kimi tanınırmədəniyyətlərarası dialoq günün ən aktual məsələlərindən biri olduğunu görərik. Xüsusən təhsil sahəsində beynəlxalq əməkdaşlıq inteqrasiya, tolerantlıq, toplumlar, millətlər arasında əsas şərtlərdəndir. Fərqli sivilizasiya, fərqli mədəniyyət, fərqli dil, fərqli din, fərqli adət-ənənələrə malik olan bir ortamda müstəqil respublikamız, eyni zamanda Gəncəmiz gündən-günə inkişaf edir, gözəlləşir. Qədim xalqımızın unikai mədəniyyəti, əxlaqi-mənəvi dəyərləri, fərqli mədəniyyətlərlə münasibətdə bütün dünyaya örnək ola biləcək tolerantlığı, bizi Avropa Asiya arasında "körpu" halına gətirmişdir. Şübhəsiz ki, bu məsələ Azərbaycan gəncliyinin tarixi məsuliyyətini ikiqat artırır. Belə ki, dünyanın bir çox yerlərindən şəhərimizə insanlar, ziyalılar, bir çox adamları, gənclər axışır. Bu kontekstdə Azərbaycan gəncliyi, o cümlədən şəhərimizin gəncləri, əxlaqi-mənəvi dəyərlərimizi qoruyub saxlamaqla yanaşı, müasir dünyaya inteqrasiya etməli, elmi-texniki tərəqqinin önündə getməlidirlər. Bunun üçün gənclərimiz bir ya bir neçə xarici dili bilməlidirlər. Xüsusi ilə ortaq mədəniyyət birliyi baxımından əhəmiyyətli olan ünsiyyət vasitəsi kimi ingilis dilini bilmək zəruridir.

    Dünyanın ən nüfuzlu siyasətçilərinə belə örnək ola biləcək dövlət xadimi, tarixdə yaddaşlarda əbədiyaşarlıq haqqını qazanmış ulu öndərimiz Heydər Əliyevin istəyi elə bu idi ki, gənclərimiz Nizamini azərbaycanca, Şekspiri ingiliscə, Puşkini rusca oxuya bilsinlər.

    Yerli xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa Gənclər Paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrinin gənclər təşkilatları milli şurası arasında təcrübə mübadiləsi aparılır. Bu da gənclərimizə geniş imkanlar açır.

    İstər yüksək mədəniyyət, istər əxlaqi-mənəvi dəyərlər, əldə edilmiş insani keyfiyyətlər, istərsə , yüksək təhsil bir məqsədə, bir amala xidmət etməlidirAzərbaycanın daim çiçəklənməsi, təhlükəsizliyi rifahı üçün. Biz müəllimlər gənclərimizə bütün sahələrdə əlimizdən gələn köməyi etməli, dəstək olmalı, onların hərtərəfli yetişməsi üçün bütün gücümüzu səfərbər etməliyik.

     

    Şəfiqə HÜSEYNOVA,

     

    Tibb Kollecinin ingilis dili müəllimi

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:38

İsmarıclar bağlıdır.