Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 464
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Июл

    Gəncə şəhər Baş DYPŞ-nin əməkdaşları 2017-ci ilin 6 ayı ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında bir sıra işlər görmüşlər. Belə ki, 2017-ci ilin 6 ayı ərzində 26421 müxtəlif yol hərəkəti qayda pozuntusu aşkar olunmuşdur ki, bunlardan 7662 ədədi ya 29 faizi bilavasitə yol nəqliyyat hadisələrinə səbəb olan qayda pozuntuları olmuşdur. Dövlət yol polisi əməkdaşları baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə mütəmadi olaraq yol nəqliyyat hadisələrinə səbəb olan yol hərəkəti qayda pozuntularına, o cümlədən yol hərəkəti qaydalarını kobud şəkildə pozan, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə yüksək sürətlə idarə edən, ötmə, manevretmə, yolayrıcını keçmə qaydalarını pozan, svetoforun tələblərinə əməl etməyən, nəqliyyat vasitələrinə görünməni məhdudlaşdıran pərdə, pilyonka quraşdıran sürücülərə qarşı mübarizəni gücləndirmişlər. 2017-ci ilin 6 ayı ərzində 10605 piyada yol hərəkəti qaydalarını pozduğuna görə dövlət yol polisi əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək cərimə olunmuşlar.

    Gəncə şəhərində nəqliyyat vasitələrinin sayının hərəkət intensivliyinin sürətlə artdığı vaxtda yol nəqliyyat hadisələrinin qarşısının alınması hərəkət iştirakçıları (sürücülər, sərnişinlər, piyadalar s.) arasında yol hərəkəti qaydaları yollarda təhlükəsiz davranış vərdişlərinin öyrənilməsi effektliyinin yüksəldilməsi vacib məsələ olaraq qalır.

    Piyadalarla bağlı yol nəqliyyat hadisələri bəzi insanlar tərəfındən təsadüfi bədbəxt hadisə kimi qiymətləndirilir. Lakin bilmək lazımdır ki, təsadüfi yol nəqliyyat hadisəsi olmur. Hər bir yol nəqliyyat hadisəsini təhlil edərkən görürük ki, yol hərəkət qaydaları hərəkət iştirakçıları (sürücülər, sərnişinlər, piyadalar s.) tərəfindən pozulması nəticəsində baş vermişdir. Piyadaların iştirakı ilə baş verən bütün yol nəqliyyat hadisələrinin təxminən 20-25 faizi onlar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verir. Belə qəzaların baş verməsinə səbəb olan qayda pozuntuları aşağıdakılardır:

    Yolun hərəkət hissəsinin keçid üçün nəzərədə tutulmayan yerlərindən istifadə edilməsi;

    Hərəkətdə olan, yerində dayanan nəqliyyat vasitələrinin ya görünüşə əngəl törədən digər maneələrin arxasından qəflətən yolun hərəkət hissəsinə çıxma;

    Svetoforun nizamlayıcının siqnallarına əməl olunmaması s.

    Odur ki, gələcəkdə baş verə biləcək ağır nəticəli yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər bir hərəkət iştirakçısını (sürücü, piyada, sərnişin s.) «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununu öyrənməyə onun tələblərinə ciddi əməl etməyə çağrırıq.

     

    Vasif RÜSTƏMOV,

    Gəncə şəhəri BPİ DYPŞ-nin Təbliğat

     

     Təşviqat üzrə inspektoru, polis baş leytenantı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:41

İsmarıclar bağlıdır.