Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 464
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 06Июл

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 4- Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib.
    Qafqazinfoxəbər verir ki, o, rəsmi instaqram hesabında mələk obrazında, qanadları olan qız şəkli paylaşıb. Leyla Əliyeva şəklə öz yazdığı şeiri əlavə edib.
    Rus dilində yazılan şeiri L.ƏliyevaZəhra haqda xatirəadlandırıb. O, misralarda Zəhraya ünvanlanan bir neçə xitabdan istifadə edib — “Səni niyə öldürdülər?”, “2 yaşında sənin günahın nədir?”, “Söylə, sən dənizdə çimirdinmi? Uçan quşları görürdünmü?”, “Bizim evimizə bu boyda kədəri kim saldı?”.

    Fondun vitse-prezidenti şeirdə əlavə edib ki, Zəhra bizim aramızdan mələk kimi getdi: “Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır”.

     

    Niyə öldürdülər, de, səni axı?
    O körpə canına necə qıydılar?
    İki yaşlı qızın nəymiş günahı -
    Aparıb soyuq bir qəbrə qoydular!
    Dağları, düzləri sevirdin yəqin,
    Qaçırdın otluqda ayağıyalın
    Zərif izlərini kim sildi sənin -
    O hansı cəlladdı, o hansı zalım?!_
    Heç mavi dənizdə çimmişdinmi sən,
    Durub baxmışdınmı uçan quşlara?
    İndi hara qaçaq dərdin əlindən,
    Kim bizi qərq etdi göz yaşlarına?
    Cəllad gülüşüylə durub, yaxından
    Tutdular gülləyə, qurşuna səni;
    Sənsə köçüb getdin şirin yuxuda
    İlahi, sən özün bağışla məni!
    Sıxır ürəyimi, sıxır bu ağrı -
    Bu yara heç zaman sağalan deyil!
    Nədən o körpəyə qıydınız axı?
    Axı neyləmişdi sizə o tifil?
    Bağışla məni ki, deyildik tanış!
    İndi bütün ölkə yas tutub sənə
    Həyat yollarında addım atmamış
    Uçdun mələk kimi uca göylərə!
    Niyə öldürdülər, de, səni axı?
    cavab verəcək zalım, üzlə?
    Solan çiçəklərin nədir günahı
    O bircə qarışlıq məzarın üstdə

     

     

     

    Tərcümə: Mahir Qarayev

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:11

İsmarıclar bağlıdır.