Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 518
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 13Июл

    Həyata keçirilən dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bütün bölgələri kimi son 6 ildə Gəncə böyük inkişaf yoluna qədəm qoyub. Bir-birinin ardınca həyata vəsiqə alan möhtəşəm tikililər, muzeylər, parklar, abadlaşdırılan genişləndiri­lən küçələr, fasadlarına yeni görkəm verilən, dam örtüyü mansardla əvəzlənən binalar, gecə işıqlandırması, tarixi-memarlıq abidələrinin bərpası bu qədim, həmişəcavan şəhərin ən yeni tarixinə atılan uğurlu imzalardır. Gəncə illəri qabaqlaya bilib. Əlbəttə, tikmək, qurmaq, abadlaşdırmaq hələ işin hamısı deyil. Onları qoruyub saxlamaq da hər bir sakindən qayğı tələb edir. Ötən gün YAP Gəncə şəhər Təşkilatında şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda bu məsələ ətrafında söhbət aparılıb.

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq quruculuq işləri haqqında məlumat verdikdən sonra onların gözəllik abadlıqları ilə fəxr etdiyimiz kimi, qorunmasının da vətəndaşlıq borcu olduğunu bildirib. Məsələ ətrafında çıxış edənlər abad yaraşıqlı küçələrimizin, rahat səkilərimzin bəzi sakinlər tərəfindən səliqəsiz vəziyyətə gətirilməsindən danışıblar bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyindən söhbət açıblar. İcra başçısı Elmar Vəliyev məsələ ilə bağlı müvafiq təşkilatlara tapşırıqlar verib.

    Toplantıda şəhər ərazisində mal-qaranın saxlanması ilə bağlı məsələ öz əksini tapıb. İcra başçısı Elmar Vəliyev qüvvədə olan qanuna əsasən şəhər ərazisində mal-qaranın saxlanmasının qadağan olunduğunu diqqətə çatdırdı bu kimi halların yolverilməz olduğunu bildirib.

    Toplantıda daha bir məsələyə toxunulub. Bu da haqlı narazılığa səbəb olan yas mərasimlərində israfçılıqla ehsan süfrələrinin açılması ilə bağlı idi. İradlar dinlənildikdən sonra icra başçısı Elmar Vəliyev Gəncədə həmin işin nizama salınması üçün din xadimlərinə, eləcə müvafiq təşkilatlara tapşırıqlar verib. Onsuz da əzizlərini itirənlərin həm maddi sıxıntı içində qalmasının acınacaqlı vəziyyət olduğunu bildirən icra başçısı səslənən fikirlərin həyata keçirilməsi üçün əhali arasında söhbətlərin aparılmasının zəruriliyini qeyd edib.

    Həmin məsələ toplantı iştirakçıları tərəfindən çox müsbət qarşılanıb böyük razılığa səbəb olub

      

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:06

İsmarıclar bağlıdır.