Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 17Май

    Azərbaycan Dövlət Aqrar Universitetinin 2 nömrəli tələbə evində gəncəli şairlərlə görüş keçirilib. Görüşü təhsil müəssisəsinin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açıb, belə yaradıcı görüşlərin gənclərin dünya görüşündə, həyata və insanlara baxışında böyük rol oynadığını söyləyib.

    Azərbaycan yazıçılar birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatçısı Prezident təqaüdçüsü İnqilab İsaq və onun qələdostlarından, Azərbaycan yazıçılar birliyinin üzvü, şair İlham İnam, Azərbaycan bəstəkarlar ittifaqı, Gəncə bölməsinin sədri, Respublikanın əməkdar artisti Məmməd Cəfərov və Azərbaycan yazıçılar birliyinin üzvü, şair Fazil Sənan tələbə gənclərə unudulmaz anlar yaşadıblar. Maraqlı çıxışlar, şairlərin yaradıcılığından şerlərin tələbələrin ifasında səslənməsi, yeni şerlərin qonaqlar tərəfindən oxunması tədbirə xüsusi rəng qatıb.

    Görüşdə tələbələrin şairlərə ünvanladığı suallar maraq yaradıb və həvəslə cavablandırılıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:46

İsmarıclar bağlıdır.