Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 17Май

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında olub. Şəhər rəhbəri xəstəxanada quraşdırılan müasir avadanlıq və cihazlara baxış keçirib. O, burada müalicə alan xəstələrə baş çəkib, onlarla səmimi söhbət edib.

    Xəstəxana ilə tanışlıqdan sonra Niyazi Bayramov tibb əssisəinin işçiləri ilə görüş keçirib. Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsi günü-gündən inkişaf edir. Ölkədə olan tibb müəssisələri təmir edilir, ən son texnoloji avadanlıqlarla təchiz olunurlar. Abbas Səhhət adına  1 nömrəli şəhər xəstəxanası da buna barz nümunədir. O, bildirib ki, yaradılan bu şərait Gəncə ilə yanaşı ətraf bölgələrdə yaşayan əhalinin sağlamlığının qorunmasına da xidmət edir. Görüşdə tibb personalının təklif və müraciətləri dinlənilib. Səmimi söhbət şəraitində keşən görüşdə tibb işçiləri  yaradılan şəraitə görə, ölkə Prezidentinə, həmçinin şəhər rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

    Məlumat üçün qeyd edək ki, Abbas Səhhət adına 1 nömrəli  şəhər xəstəxanasında cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəailiyyət göstərir.  Həmçinin, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Bundan başqa xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:21

İsmarıclar bağlıdır.