Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Июн

    Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı Oksford məktəbinin Şəmkir filialının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında xeyriyyə məqsədli tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Oksford məktəbinin Şəmkir filialının məsul işçiləri, struktur rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə qonaqlar satış-sərgidə nümayiş olunan əl işlərilə tanış olublar. Burada müxtəlif mövzu və üslübda olan rəsm əsərləri təqdim edilib.

    Tədbirin ikinci hissəsində isə Bakı Oksford Məktəbi Şəmkir filialının kollektivi tərəfindən konsert proqramı təqdim olunub. Konsertdə məktəbin istedadlı müəllim və şagirdərinin ifasında müxtəlif rəqs, şeir və musiqi nömrələri nümayiş olunub. Bunlardan əlavə Azərbaycanın tanınmış şair və yazıçıları, habelə məşhur bəstəkarlarının həyat və fəaliyyətinə nəzər salınıb.

    Məlumat üçün bildirək ki, xeyriyyə konserti qaraciyər çatışmazlığından əziyyət çəkən Ələkbərov Urfanın müalicəsinə dəstək olmaq üçün təşkil edilib. 15 yaşlı Urfanın əmliyyatı üçün 45000 manat tələb olunur. "Biz istedad axtarmırıq" adı altında keçirilən konsert Ələkbərov Urfana yardımla yanaşı məktəbli, tələbə və gənclərə mərhəmət hissinin aşılanması, onlara xeyriyyəçiliyin dəyərini və önəmini göstərmək məqsədi daşıyıb.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:10

İsmarıclar bağlıdır.