Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Июн

    Gəncənin “Qrand Qafqaz” ticarət kompleksində Ramazan bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə qurulan yarmarkada keyfiyyətli məhsullar sərfəli qiymətə təklif edilib.

    Burada əsasən Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. Bazar qiymətindən aşağı kənd təsərrüfatı məhsulları, inək, qoyun və quş əti, un məmulatları, kolbasa və sosiskalar, müxtəlif çeşiddə yağlar, çaylar, tərəvəz, meyvə və s. məhsullar alıcılara təqdim olunub.

    Ətraf rayonların — Samux, Göygöl, Şəmkir və Gədəbəyin fermer təsərrüfatları, eləcə də Gəncə sahibkarlarının yarmarkaya çıxardıqları məhsulları böyük həvəslə alan sakinlər, istər məhsulların keyfiyyətindən və istərsə də qiymətlərindən razı qaldıqlarını bildiriblər.

    Qeyd edək ki, ayrılan yer müasir standartlara uyğun formada təşkil olunub, istehlakçılar və fermerlər üçün əlverişli ticarət mühiti yaradılıb. Yarmarkadakı bütün məhsullar keyfiyyətinə nəzarət olunmaqla satışa çıxarılıb.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:57

İsmarıclar bağlıdır.