Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,647
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 13Июн

    ncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirilib. Konsert proqramını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimayyətinin nümayəndələri izləyiblər.

    dbirdə qeyd olunub ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 26 il əvvəl yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlənir vədrətlənir.

    Bayram konsertində xalq artistləri Şahnaz Haşımova, Sevinc İbrahimova, əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Vasif Bayramov, Əli Məmmədov, Elmir Pişnamazzadə və digərləri bir birindən zəngin repertuarlarla çıxış ediblər. Həmçinin konsertdə, Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında şair dramaturq Aydın Murad oğlunun “Alın yazısı” poemasından bir parça tamaşaçılara təqdim olunub. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə nümayiş olunan  “İgidlər” rəqsi isə tamaşaçılar tərəfindən  böyük coşqu ilə qarşılanıb. Konsert proqramı əməkdar artist Mehparə Cəfərova və Rövşən Məmmədovun ifasında səsələnən Kamalın “Xalq Hedər söyləyəcək” əsəri ilə yekunlaşıb.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:53

İsmarıclar bağlıdır.