Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 711
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 25Авг

    AğdamınQarabağfutbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi dünya idman mətbuatının diqqət mərkəzindədir.
    Azərbaycanın adını 33- sırada UEFA Cempionlar Liqasında iştirakçı ölkə kimi qeyd etdirənQarabağa xarici media tərəfindən geniş yer verilib.
    Fransanınfootmercato.netsaytında yer alan məqalədəQarabağkomandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinin təsadüfi olmadığı xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan təmsilçisinin matçın 63- dəqiqəsində vurduğu qolKopenhagenklubunu çətin duruma salıb. “Qarabağın futbolçularının son dəqiqəyədə inamlı mübarizə ruhu matçın taleyini həll etdi.
    Bursoramasaytı isəQarabağın qələbəsini belə izah edib: “QarabağUEFA Çempionlar Liqasına yüksələn ilk Azərbaycan komandası kimi yadda qaldı. Bu tarix hələ uzun zaman xatırlanacaq.

    Belçikanın nüfuzlu “7sur7.besaytında komandamızın uğuruna həsr olunan məqaləQarabağ üçün ilkadlanır. Məqalənin müəllifi qeyd edib ki, “Qarabağkomandası rəqibi olanKopenhagenklubunu doğma meydanda 1:0 hesabı ilə məğlub edib. Danimarkada keçirilən cavab qarşılaşmasındaQarabağinamlı oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqəni təmin edib.

    BBC Türkportalında yayımlananUEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubusərlövhəli məqalədə isəQarabağklubunun tarixindən, komandanın əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs olunur.

    Rusiyanın TASS informasiya agentliyində yayımlanan yazıda isəQarabağın baş məşqçisi Qurban Qurbanovun komandanın bu nailiyyətinin Azərbaycanda futbolun inkişafına mühüm töhfə verəcəyi ilə bağlı fikirlərinə geniş yer verilib, klubun uğurlu çıxışından bəhs olunub.

    Tunisinqlobalnet.tnsaytında qeyd olunub ki, AğdamınQarabağklubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək adını Azərbaycan idmanı tarixinə qızıl hərflərlə həkk etdi. Bundan başqa, bir çox ölkələrin fransızdilli saytları daQarabağın qələbəsi barədə geniş material yayıb.

    Qardaş Türkiyənin nüfuzlu idman portalları da UEFA Çempionlar Liqasının debutantı olanQarabağın uğuruna geniş yer veriblər. Qardaş ölkənin nüfuzluntvspor.netsaytında yer alanQarabağtarix yazdısərlövhəli məqalədə qeyd olunub ki, ev oyununda 1:0 hesabı ilə qalib gələn Azərbaycan klubu DanimarkadaKopenhagenin qapısına vurduğu qol sayəsində adını UEFA Çempionlar Liqasının qrup mərhələsinə yazdırıb. Üç mövsüm ərzində UEFA Avropa Liqasında təmsil olunanQarabağavrokuboklarda əldə etdiyi təcrübədən bəhrələnərək bu dəfə Çempionlar Liqasında mübarizə aparacaq.

    Bəzi idman-xəbər portallarıQarabağ”-“Kopenhagenqarşılaşmasından foto sessiya yayıb.

     

    Mövzunu əhatə edən idman şərhlərində, həmçininQarabağın keçdiyi inkişaf yolu təhlil olunur, onu qarşıda gözləyən çətin şərəfli mübarizədən söz açılır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:17

İsmarıclar bağlıdır.