Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 518
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 25Авг

    “Bu gün Azərbaycanın “Qarabağ” futbol klubu dünyanın məşhur idman komandaları ilə yarışır və gələcəkdə də yarışacaq. Bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq AzərbaycanınQarabağklubu haqqında verilişlər gedir. “Qarabağfutbol klubunun qələbəsi ölkəmizin təbliğində önəmli hadisədir”.
    APA-nın xəbərinə görə, bunuQarabağfutbol klubunun üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.
    Prezident qeyd edib ki, bununla bütün dünya yenə Qarabağın Azərbaycan torpağı olduğunu görür: "Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpağımızda yaşayırıq hamımız torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayırıq. Hər bir qələbə istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır. Ötən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək öz iradəmizi diktə edək. İdmanda da belədir. İdman sevincini idmançılar bizə bəxş edir. Bu tarixi qələbədir, tarixə yazılıb. Çox ədalətlidir ki, məhz "Qarabağ" klubu bu qələbəyə imza atdı. Əminəm ki, qrup mərhələsində ölkəmizi uğurla təmsil edəcəksiniz".

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:19

İsmarıclar bağlıdır.