Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,738
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Июл

    Gəncədəki peşə məktəbində yeni təlim emalatxanasının açılışı olub. Təlim emalatxanası Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsi çərçivəsində qurulub. Layihə Avropa İttifaqının maliyyə dəstəyilə reallaşdırılır.

    Sənaye emalatxanasının açılışından əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident əlaqələndiricisi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müşavif-elçisi Simona Gattini qəbul edib. Görüşdə Gəncədə həyata keçirilən layihə, onun məqsədi vəprespektivlərindən söz açılıb. Bildirilib ki, layihənin əsas məqsədi Gəncə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaq, tələbələrin peşə təhsilinə qəbulu və buradakı iştirakını genişləndirmək, habelə peşə təhsili sistemini mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdır.

    Görüşdən sonra şəhər rəhbəri və qonaqlar Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanasının açılışında iştirak ediblər.

    Müasir standartlara uyğun şəkildə qurulan emalatxana ötən il təsis olunan Gəncə Peşə Təhsili və Təlimi Mərkəzinin binasında yerləşir və mərkəzin yeni tədris planına daxil edilən altı mühüm sahə üzrə peşə təhsili proqramlarını tədris etmək üçün dünya səviyyəli sənaye və texniki təlim avadanlığı ilə təchiz edilib. Məktəb isitmə, havalandırma və soyutma sistemləri; mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti; dağ-mədən işləri; moda və dizayn; plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri; və nəhayət, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi kimi sahələr üzrə kadr hazırlayır.  

    Gəncədəki yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri xanım Simona Gatti qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərir. Ümumiyyətlə bu layihə, vərdişləri əmək bazarının tələblərinə uyğunlaşdırmağa kömək edəcək. “Bizim bu gün Gəncə Regional Sənaye Peşə Təhsili və Təlimi Mərkəzində açdığımız bu emalatxana, tələbələrə öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verəcək” – deyə Simona Gatti vurğulayıb.

    Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzində 60 tələbə təhsil alır. Tələbələr yeni açılan emalatxanada avadanlıq və texnika ilə necə işləmək lazım gəldiyini öyrənmək imkanı əldə edəcəklər.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:05

İsmarıclar bağlıdır.