Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,738
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Июл

    Ötən il Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun vəfatından bir il ötür. Gəncədə şəhid polislərin xatirəsi anılıb. Şəhidlər Xiyabanında baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Daxili İşlər Nazirliyinin Şəxsi Heyət üzrə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev və hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid polislərin ailə üzvləri iştirak ediblər.

     

    Anım mərasimində şəhid polislərin məzarları önünə əklik qoyulub, üzərlərinə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov şəhid olmuş polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun ailə üzvləri ilə görüşüb, baş sağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıblar. 

    Anım mərasimindən sonra şəhid olan polis əməkdaşlarının xatirəsinə ehsan süfrəsi təşkil olunub.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:04

İsmarıclar bağlıdır.