Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 711
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Сен

    Azərbaycanda “Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək.
    Təhsil Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 6-da başlayacaq müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir.
    Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılan elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
    Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı musabiqe.edu.az saytından almaq mümkündür.
    “Elektron təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı <http://musabiqe.edu.az/news/14501/> linkinə daxil ola bilərlər.
    Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyar” əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.
    Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:21

İsmarıclar bağlıdır.