Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 16Июл

    ncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Ailə qanunvericiliyinin təbliği və məət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin tədbirləri davam edir. Layihə çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkillərinin iştirakı ilə gənclərlə görüş keçirilib.

    Görüşdə layihə rəhbəri Məleykə Əlizadə layihə haqqında məlumat verib, onun aktuallığından və vəkillərin iştirakı ilə keçirilən müzakirələrin vacibliyindən danışıb, zorakılığa qarşı mübarizədə ictimai vəkillərə ehtiyac duyulduğunu bildirib. Görüşdə Gəncə şəhər 1 saylı Vəkillər bürosunun müdiri Camal Əliyev iştirakçılara Vəkillik İnstitutunda aprılan islahatlardan, əhalinin az təminatlı hissəsinə pulsuz hüquqi yardım göstərilməsi barədə məlumat vermib, gəncləri maraqlandıran sualları cavablandırıb.Vəkillərdən Səadət Seyidli, Tünzalə Vəliyeva, Rihat Məmmədov, Ramil Həsənov da çıxış edərək real vəziyyət, vəkilliyi etdikləri hadisəlr haqqında maraqlı təhlillər apararaq gənclərə hüquqlarını öyrənməyi və ətrafda baş verən hadisələrə biganə qalmamağı tövsiyyə ediblər. Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov gənclərə Ailə qanunvericiliyindən, Ailə Məcəlləsinə edilən dəyişikliklərdən məlumat verilmiş, Azərbaycan Respublikasında hüquq-mühafizə sahəsində aparılmış islahatlardan və mövcud qanunvericilikdən danışıb, Cinayət Məcəlləsinə əsaslanaraq gəncləri gələcəkdə baş verə biləcək fəsadlar zamanı, nə kimi məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib. Səbuhi Abbasov həmçinin QHT-lə birlikdə aparılan maarifləndirici tədbirlər haqqında da məlumat verib.  Layihənin eksperti Genderəsaslı zorakılığın növlərindən danışıb,  bu sahədə ölkəmizdə olan mövcud vəziyyətdən, qanunvericilik bazasından söz açıb, münbit hüquqi qanunvericilikdən məhz gənclərin daha çox bəhrələnmələrinin vacibliyini vurğulayıb.  

    Qeyd edək ki, layihənin əsas məqsədi maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir. Layihənin əsas hədəfi gənclərdir.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:30

İsmarıclar bağlıdır.