Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 518
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Сен

    Gəncədə yeni salınmışŞah sarayyaşayış massivindəBaku Electronicsmağazasının açılışı olub. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Samsung Electronicsin Qafqaz üzrə nümayəndəsi Deasong Ra, “Baku Elektronicsmağazalar şəbəkəsinin direktor müavini Hikmət Hacıyev   ictimaiyyət nümayəndələri  iştirak ediblər.
    Mərasimdə çıxış edən Elmar Vəliyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində  ölkəmizin günü-gündən inkişaf etdiyinin şahidi oluruq. Bu inkişaf hər sahəni əhatə etdiyi kimi, qeyri-neft sektorundan da yan keçmir. Ölkədə sahibkarlığın inkişafının bariz nümunəsidir ki, bu gün Azərbaycanın qədim şəhəri olan GəncədəBaku Electronicsmağazası açılır. İcra başçısı bu münasibətlə şəhər sakinlərini təbrik edib.
    Samsung Electronicsin Qafqaz üzrə nümayəndəsi Deasong Ra Azərbaycanın qədim mədəniyyət mərkəzi, Şeyx Nizami yurdu Gəncədə olmaqdan məmnunluğunu bildirib. Bu gün həm yerli sakinlərin, həm əcnəbi qonaqların, yaxından-uzaqdan gələn turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilən Gəncədə belə bir mağazanın açılmasının böyük hadisə olduğunu deyib.
    Baku Elektronicsmağazalar şəbəkəsinin direktor müavini Hikmət Hacıyev sahibkarlığın inkisafına verdiyi dəstəyə görə Dövlət Başçısı İlham Əliyevə, onun xanımı Mehriban xanım Əliyevaya Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təşəkkür edib.
    Sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mağaza ilə yaxından tanış olub.
    Bildirilib ki, mağazada bütün məişət avadanlıqları nağd ya ilkin ödənişsiz, faizsiz, tək şəxsiyyət vəsiqəsini təqdim etməklə verilir. Hətta mağazada 19 sentyabradəkCehiz kampaniyasında 10 məhsul 24 aylıq kreditlə 87 manata təqdim olunur. Eyni zamanda Qurban bayramı münasibəti ilə mobil telefonları ilkin ödənişsiz indi alıb 2018-ci ilin yanvar ayından ödəməyə başlamaq mümkündür. Qeyd olundu ki, mağazada bütün mallar tam zəmanətli tam keyfiyyətlidir.
    Sonda xatirə şəkli çəkdirilib.

      

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:32

İsmarıclar bağlıdır.