Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 518
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 08Сен

    Gəncə müəllimlərinin 2016-2017-ci dərs ilinin yekunlarına yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhər təhsilində ötən tədris ilində qazanılan uğurlardan bəhs edən video-çarx nümayiş etdirilib.
    Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin təhsil sistemində gerçəkləşdirdiyi islahatlar, təhsilə göstərdiyi diqqət qayğı Gəncədə bu sahədə böyük uğurlara nail olunmasına imkan yaradıb.
    Şəhərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, təhsilə qayğı da diqqət mərkəzində olub. Belə ki, məktəb infrastrukturunun müasirləşdirilməsi, təhsil ocaqlarının əsaslı surətdə yenidən qurulması təmir edilməsi, əlavə korpusların layihələrinin gerçəkləşdirilməsi istər təhsil işçilərinin, istər şagirdlərin, istərsə valideynlərin ürəyincədir.
    Konfransda Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2016-2017-ci tədris ilinin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi qeyd edib ki, ötən tədris ilində ümumtəhsil məktəblərində 38 min 670 nəfər şagird təhsil alıb ki, onların da təlim-tərbiyəsi ilə 3 min 745 nəfər müəllim məşğul olub. Zakir Hüseynov qeyd edib ki, 2011-2017-ci illərdə Gəncə şəhərində 25 məktəb, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya əsaslı təmir olunmuş, 4 məktəb üçün yeni korpuslar inşa edilmiş, eləcə Uşaq Yaradıcılıq Mərkəzinin Gəncə Şəhər Təhsil İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
    Təhsil nazirinin müavini Mətin Eynullayev təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib. Onlara çətin şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini yeni təhsil ilində qarşıda duran mühüm məsələlərdən söhbət açıb. Cari ilinTəhsildə keyfiyyət ilielan olunmasının məqsəd mahiyyətini açıqlayıb.
    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən, eləcə keçirilməsi nəzərdə tutulan işlərdən danışıb, tapşırıq tövsiyələrini verib.
    Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin müdiri Vüsal Məmmədov çıxışında konfrans iştirakçılarına təhsil ocaqlarında aparılan işlər haqqında geniş məlumat verib.
    Millət vəkili Naqif Həmzəyev bildirib ki, təhsil quruculuğu sahəsində aparılan məqsədyönlü işlərin nəticəsində Azərbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam əsl vətənpərvərlər kimi formalaşırlar. Naqif Həmzəyev təhsil müəssisələrində yaradılan şəraitə təhsilə göstərdikləri diqqət qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.
    Konfransda çıxış edənlər, o cümlədən məktəb müəllimləri, paralimpiya çempionu Ramil Qasımov, qəbul imtahanında 700 bal toplamış tələbə Abdulla Əsgərzadə təhsilə göstərilən diqqət qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edərək, gələcək fəaliyyətlərində cəmiyyətimizin inkişafına öz töhfələrini verəcəklərini bildiriblər.
    Konfransın qətnaməsi oxunduqdan sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

        

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:04

İsmarıclar bağlıdır.