Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 22Июл

    22 iyulMilli Mətbuat Günü münasibətilə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə media işçiləri üçün ziyafət təşkil olunub. Gəncədə fəaliyyət göstərən televiziya, qəzet xəbər agentliklərinin bölgə müxbirləri, habelə yerli televiziya saytların nümayəndələri bir süfrə başında toplanıb, Milli Mətbuat Gününü bir ailə kimi qeyd ediblər.

    Süfrə başında keçən səmimi söhbət zamanı qocaman jurnalistlər bu sahənin incəliklərindən söz açıb, xatirələrini bölüşüblər. Qeyd olunub ki, jurnalistika olduqca çətin bir o qədər məsuliyyətli peşədir. Bu adı şərəf ləyaqətlə daşımaq isə sözsüz ki, hər bir qələm söz sahibinin borcudur.

    Görüşdə Milli Mətbuat tariximizə nəzər salınıb. Qeyd olunub ki, 144 il əvvəl görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatı çətin şərəfli yol keçib, millimənəvi dəyərlərin qorunmasında, xalqın dünyagörüşünün formalaşmasında önəmli rol oynayıb. Milli mətbuatın yaranmasında Həsən bəy Zərdabinin, onun yaratdığıƏkinçiqəzetinin müstəsna rolu əhəmiyyəti var. Mətbuatımızın inkişafı çiçəklənməsi isə məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı «Jurnalistlərin dostu» mükafatını alarkən demişdir: «Jurnalistlərin dostu» mükafatına görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən ikinci dəfə bu yüksək ada layiq görülürəm. Bu, mənim üçün böyük şərəfdir. Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir».

    Görüşdə bildirildi ki, nəticə etibarilə Azərbaycan mətbuatında ciddi irəliləyişlər baş verib. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha geniş şəkildə təmsil olunur.

    Mətbuat nümayəndələri görüşün sonunda xatirə şəkilləri çəkdiriblər.

    «Gəncənin səsi»

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:33

İsmarıclar bağlıdır.