Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Сен

    Peşəkarlıq səviyyələrini davamlı olaraq təkmilləşdirən müəllimlərin fəaliyyət göstərdikləri məktəblərdə şagirdlərin nailiyyətləri daha yüksəkdir. Bu baxımdan təhsilə tətbiqi üzrə peşəkarlıq səviyyəsinin artırılması istiqamətində keçirilən təlimlər böyük əhəmiyyətə malikdir. Keçirilən təlimlərin nəticəsində müəllimlərin və inzibati idarəetmə heyətinin nəzəri və praktik bacarıqları artır, həmçinin informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişləri formalaşır. Bu isə müəllimə səmərəli öyrənmə mühitinin qurulmasına şərait yaradır. Təlim ərzində müəllim mənimsədiyi nəzəri bilik və praktik bacarıqları tədris prosesində səmərəli şəkildə məqsədyönlü olaraq tətbiq edir. Müəllim təhsil müəssisələrində mövcud olan müasir texnologiyaların imkanlarından istifadə edərək tədris prosesinin şagirdlərin maraqlarına uyğun qurulmasını həyata keçirir.

    Bu baxımdan sentyabr ayının 3-də və 4-də ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə bu qurumun Gəncə regional bölməsində ingilis dili müəllimləri üçün keçirdiyi təlim çox əhəmiyyətlidir.

    Təlimi amerikalı ekspert, Massaçusets Universitetinin təhsil üzrə doktoru Stefen Sadlier aparıb. Təlimdə Gəncə şəhəri ətraf rayonların DİM ilə əməkdaşlıq edən 30-a yaxın ingilis dili müəllimi iştirak edib.

    Təlimdə oxu yazı bacarıqlarına yiyələnmənin texnologiyası, dərs prosesində bilik bacarıqların ölçülməsi, qiymətləndirmədə istifadə olunan vasitələrin buraxılış qəbul imtahanlarında istifadə olunan ölçmə üsulları ilə uyğunlaşdırılması, eyni zamanda, oxu yazı prosesi zamanı yüksək təfəkkür bacarıqlarının formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

    Təlimdə fəal iştirak edən müəllimlər praktik tapşırıqların yerinə yetirilməsinə cəlb olunublar.

    Məlumat üçün onu da bildirək ki, əvvəlcədən müəyyən olunmuş proqrama əsasən, sentyabrın 5-də DİM-in Şəki regional bölməsi və ətraf rayonların müəllimləri üçün təlim keçiriləcəkdir.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:11

İsmarıclar bağlıdır.