Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Сен

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin Gülüstan qəsəbəsində olub. Gəncənin əksər ərazilərində olduğu kimi, burada da abadlıq-quruculuq işləri həyata keçirilir. Şəhər rəhbərinə burada görülən işlər barədə ətraflı məlumat verilib.

    İşlərin gedişatı ilə maraqlanan Niyazi Bayramova bildirilib ki, hazırda Gülüstan qəsəbəsinin ərazisində olan 12 nömrəli məktəbin yolu, Əziz Əliyev parkının ətrafı, Nəriman Nərimanov prospekti və bir sıra başqa küçələr asfaltlanır. Piyadaların rahat gediş-gəlişini təmin etmək üçün səkilər səligəyə salınır. Asfaltlanan küçələrdə gecə işıqlanması sistemi yenidən qurulur.

    Aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verən Niyazi Bayramov sakinlərlə də söhbət edib, onların fikirlərini öyrənib. Sakinlər qəsəbədə aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və şəhər rəhbərliyinə öz minətdarlıqlarını bildiriblər.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:25

İsmarıclar bağlıdır.