Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 10Сен

    “Ölkəmizdə təhsilin inkişafı, gənclərin təhsilə marağının artırılması və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqətində olub. Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamı biz gənclərə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Prezident təqaüdünə layiq görüldüyüm üçün qürur hissi keçirirəm. Bunun üçün ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

    Bunu Prezident təqaüdçüsü Dilarə Hüseynova bildirib.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin məzunu Dilarə Hüseynova Prezident təqaüdünə layiq görülüb.

    Hüseynova Dilarə Səbuhi qızı 2002-ci ildə Gəncə şəhərində dünyaya gəlib. 2008-ci ildə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2019-cu ildə həmin məktəbi əla qiymətlərlə başa vurub. Bu il Gəncə şəhəri üzrə ən yüksək bal toplayaraq Azərbaycan Tibb Unversitetinin müalicə işinə daxil olan Dilarə Hüseynovanın əsas hədəfi beyin cərrahı olmaqdır. Dilarə asudə vaxtlarında musiqi dinləyir, bədii kitablar oxuyur.  Hobbisi gitarda ifa etməkdir. Onun sevimli rəqəmi 7, sevimli rəngi isə səma rəngidir. Dilarə Hüseynvanın ən böyük arzusu Botanika bağı yaratmaq və dünya turuna çıxmaqdır.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:47

İsmarıclar bağlıdır.