Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 10Сен

    Aşura günü ilə bağlı Gəncədə «İmamzadə» dini kompleksində ənənəvi qanvermə aksiyası keçirilib. Gəncə şəhər İcra Hakmiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Naqif Həmzəyev, AMEAnın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAUnun rektoru, professor İbrahim Cəfərov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov digər idarə, müəssisə rəhbərləri aksiyaya qoşulublar.

    İrsi qan xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədilə Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən aksiyada Gəncə ətraf rayonlardan təkcə 2 saat ərzində 600-ə yaxın vətəndaş iştirak edib.

    Səhər saat 9-dan başlayaraq Mərkəzi Qan Bankının Gəncə filialının 56 nəfərlik tibbi briqadası xüsusi qurulmuş çadırlarda vətəndaşlara xidmət göstəribdir. 32 nəfərin eyni vaxtda qan verməsi üçün hər cür şəraiti olan həmin məntəqə zəruri dərman tibbi vasitələrlə təmin edilmişdi. Bu mənəvi dəyərlər ətrafında həmrəy olan vətəndaşların sağlamlığı əvvəlcədən yoxlanılıb. Sağlamlığında problem olmayan 18 yaşdan yuxarı şəxslər qan veriblər.

    Mərkəzi Qan Bankı Gəncə bölməsinin müdiri Tahirə Məmmədova bildirib ki, Gəncə bölməsində ümumilikdə 78 talassemiyalı xəstə qeydiyyatdadır. Tədarük olunan qan qandan hazırlanan preparatlar hemofiliyalı talassemiyalı xəstələrin müalicəsi üçün istifadə ediləcəkdir

    Məhərrəm ayının 10-cu günü Aşura İslam tarixinə İmam Hüseynin tərəfdaşlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. İslam aləmində mühüm yeri olan «İmamzadə» dinikompleksində keçirilən mərasimdə iştirak etmək istəyən Gəncə şəhəri ətraf  bölgə əhalisi üçün ictimai nəqliyyat vasitələri səhər saatlarından gücləndirilmiş rejimində çalışmışdır. Pulsuz nəqliyyat vasitələri ilə şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin «İmamzadə» dini kompleksinə daşınması təşkil olunmuşdur. Eyni zamanda vətədaşlara xidmət təhlükəsizliyi təmin etmək üçün «İmamzadə» dini kompleksinə təcili tibbi yardım briqadaları, Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilmişdi. İçməli su daşıyan maşınlar da ziyarətçilərin ixtiyarına verilmişdi.

    Aşura günü «İmamzadə» kompleksinə gələnlər onların dini ayinləri yerinə yetirmələri üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:30

İsmarıclar bağlıdır.