Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Сен

    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Koreya Respublikasının paytaxtı Seoulda olub. O, burada Asiya İnkişaf Bankı və “CityNet” şirkətinin birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının əhatə etdiyi şəhərlərin aşağı karbonlu inkişafı” mövzusu ilə əlaqəli II Beynəlxalq Forumda iştirak edib.

    Forum zamanı Sistemli Aşağı Karbon Dönüşümü üçün ətraf mühitin inkişafı və problemlərinin həlli mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı bildirilib ki, nəqliyyat sektorunda havanın təmiz saxlanılması üçün aşağı karbonlu prioritetlərə kapital qoyuluşları müəyyən edilməli, iqlimə təsirin yumşaldılması üzrə tədbirlər görülməli, o cümlədən aşağı karbon inkişafı sahəsində olan təcrübə mübadiləsini həyata keçirərək yaşıl, rəqabətqabiliyyətli, dayanıqlı şəhərlər yaradılmalıdır.

    “CityNet” şirkətinin baş katibi Vijay Jagannathan çıxış edərək, aşağı karbonlu şəhər inkişafının İqlim Dəyişikliyi Gündəliyində aktuallığını və Asiya İnkişaf Bankının inkişaf edən üzv ölkələrə aid qlobal aşağı karbon siyasətindəki son hadisələrdən danışıb.

    Şəhərlərin Aşağı Karbonlu İnkişafı mövzusunda II Beynəlxalq Forumda ən yaxşı beynəlxalq təcrübələr bölüşdürülüb.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:41

İsmarıclar bağlıdır.