Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Сен

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə növbəti “Təlimçilərin Təlimi” proqramına başlayıb. Nazirlikdən verilən məlumata görə, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi təlimçilərə olan tələbatı da artırıb və bununla əlaqədar növbəti proqram yeni peşəkar təlimçilərin hazırlanmasına xidmət edir.

    Proqram çərçivəsində ilk təlim Gəncə şəhərinin Kəpəz rayon Məşğulluq Mərkəzində təşkil olunub. BƏT-in “Öz Biznesinə Başla və Təkmilləşdir” adlı proqramı əsasında keçirilən təlimdə Gəncə şəhəri də daxil olmaqla 13 şəhər və rayondan olan təlimçilər iştirak edir. Onlara BƏT-in baş təlimçisi tərəfindən təlimçilik bacarıqları və biznes planın hazırlanması metodikası tədris olunur.

    Növbəti həftədən etibarən təlimçilərin təlimi proqramı digər şəhər və rayonlarda da davam etdiriləcək.

    Qeyd edək ki, son iki ildə BƏT ilə əməkdaşlıq çərçivəsində 142 təlimçi hazırlanıb və hazırda onlardan 75 nəfəri proqram iştirakçılarına zəruri bilik və bacarıqlar tədris edir.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:48

İsmarıclar bağlıdır.