Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Сен
    Elm

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində yüksək bal toplayaraq respublikanın müxtəlif universitetlərinə qəbul olan tələbələrlə görüş keçirilib. Görüşdə bölmənin sədri, akademik Fuad Əliyev gəncləri təbrik edib, əvvəlki illərlə müqayisədə cari ildə qəbul nəticələrinin artdığını və 60 faizə yüksəldiyini söyləyib.

    Akademik ölkə rəhbəri İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, bu gün Gəncə şəhərində yüksəkixtisaslı müəllim heyətinin, maddi-texniki bazası zəngin məktəblərin olduğunu və nəticədə savadlı gənclərin yetişdirildiyini bildirib.

    Daha sonra bölmənin Rəyasət Heyəti tərəfindən tələbə adına layiq görülən 8 nəfər mükafatlandırılıb.

    Görüşdə, həmçinin professor Həsənbala Sadıqov, fəlsəfə doktoru Faiq Hacıyev, işlər müdiri Rasim Tağıyev, laboratoriya müdiri Mehriban Məmmədova və valideynlər çıxış edərək gənclərə verilən dəyərin onların inkişafında böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıblar.

    Sonda magistrantlar və tələbələr çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:21

İsmarıclar bağlıdır.