Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 19Сен

    Hər il 18 sentyabr tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günündə ölkəmizdə “Milli Musiqi Günü” qeyd edilir. Bu münasibtlə F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert təşkil edilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilən konsert proqramı filarmoniyanın Xalq Çalğı alətləri orkestrinin iştirakı ilə baş tutub.

    Gəncə Dövlət Filarmoniyasının icracı direktoru, əməkdar artist Elçin Elçiyev bildirib ki, bəstəkar, publisist, dramaturq  və ictimai xadim, Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaradan bəstəkarlardandır. Onun sayca üçüncü musiqili komediyası olan "Arşın mal alan” operettasında inqilabdan əvvəlki Azərbaycan məəti, xalq adət və ənənələri əksini tapıb. İlk dəfə operettanın  dirijoru Müslüm Maqomayev, rejissoru və Əsgər rolunun ifaçısı isə Hüseyinqulu Sarabski olub. İlk tamaşa 1913-cü il oktyabr ayının 25-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.Bu gün biz Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı alətləri orkestrinin ifasında “Arşın mal alan” musiqili komediyasının I pərdəsini tamaşçılara təqdim edəcəyik”— deyə Elçin Elçiyev əlavə edib.

    Daha sonra əməkdar artist Elçin Elçiyevin dirijorluğu ilə Xalq Çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Arif Məlikov, Səid Rüstəmov və Oqtay Kazıminin bir birindən zəngin əsərləri səsləndirilib. Konsertdə Xalq artisti Şahnaz Həşimova,  Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, solist Günel Hacıyeva və digər sənətçilər çıxış ediblər.

    Çıxışlardan sonra “Arşın mal alan” musiqili komediyasının I pərdəsi nümayiş edilib. Rollarda  Xaq artisti Sevinc İbrahimova, əməkdar artist Tural Abdullayev, solistlər Zeynəb Hüseynova, Rüstəm Cəfərov və Seymur Hüseynov iştirak edib.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:27

İsmarıclar bağlıdır.