Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 02Окт

    Oktyabrın 5-də Azərbaycanda ilk dəfə budo — yapon döyüş sənətləri festivalı keçiriləcək.

    Tədbir aponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Bakı İdman Sarayında olacaq. Festivalda karate, cüdo, kendo, aikido, ciu-citsu, sumo kimi döyüş növlərinin nümayəndələri iştirak edəcəklər. Festivalın açılış mərasimində Yaponiya mədəniyyəti, mətbəxi, şirkətləri, idman federasiyaları və təşkilatlarının stend sərgisi təşkil ediləcək.

    Yapon mədəniyyətini və döyüş sənətlərini təbliğ etmək məqsədi daşıyan festival ziyarətçilərə müxtəlif döyüş sənətləri ilə tanış olmaq imkanı yaradacaq. Layihə çərçivəsində Yaponiya döyüş sənətinin 6 növü — aykido, karate, kendo, cüdo, ciu-citsu və sumo təqdim olunacaq. Bununla yanaşı, festivalda digər ölkələrin müxtəlif döyüş sənətləri üzrə usta idmançılarının çıxışları da nəzərdə tutulur.

    Qeyd edək ki, "budo” yapon döyüş sənətlərinin birləşməsidir. Döyüş sənətləri həm beyin, həm də bütün bədəni məşq etdirir. İdman vasitəsilə bədən gündəlik həyat stresi ilə mübarizə mexanizmləri yaradır. İdman fəndlərini fəal işlətmək döyüş sənətinin mənəvi tərəfi ilə sıx bağlıdır və insanın gündəlik həyatına birbaşa təsir göstərir.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:29

İsmarıclar bağlıdır.