Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,066
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 04Окт

    Gəncə Dövlət Universitetində psixoloq Zahid Tağıyev ilə tələbələrin görüşü təşkil olunub. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, görüşü Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün ardıcıl seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil edir.

    Orxan Məmmədov  mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrin sosial həyatının səmərəli təşkili üçün səylə çalışdığını bildirib.

    Sonra psixoloq Zahid Tağıyev qeyd edib ki, görüşün məqsədi gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərməkdir. 

    Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, həmçinin problemi həlletmə bacarıqlarından da bəhs edib. 

    Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:20

İsmarıclar bağlıdır.