Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,467
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 15Окт

    Gəncədə 26 saylı orta məktəb-lisey kompleksində “Kiçik addımlardan böyük nəaliyyətlərə” adlı layihəyə start verilib. Layihə bir neçə istiqaməti əhatə edir. Məqsədlər sırasında sosial şəbəkələrdən asılılıq faktorunu aradan qaldırmaqla məktəblilər arasında sinifdən xaric oxuya maraq yaratmaq, kitab oxumağa yönləndirmək, onları teatra, tamaşalara bağlamaq yer alıb.

    Layihənin digər önəmli vəzifəsi isə günümüzün acı reallıqları arasında olan problemləri ictimailəşdirməklə təbligat işi aparmaq, həlli yollarını axtarmaqdır. Söhbət ailədaxili münaqişə, qadın zorakılığı, erkən nigah və bununla da qızların təhsildən uzaq tutulmasından gedir.  Nəzərə alaq ki, qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas strateji prioritetlərindən biridir.

    Bu gün qadınlar dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, müxtəlif sahələrdə təmsil olunur, yüksək vəzifələr tuturlar. İnsanın inkişafı bütövlükdə, qadın və kişilərin bərabər hüquqları, vəzifələri və imkanları deməkdir.

    Tədbirdə çıxış edən – psixoloq, hüquqşünas və ictmai fəllarda bu haqda maarifləndirici məlumatlar verərək şagirdlərlə söhbətləşib, onların fikirlərini və bu kimi məsələlərə münasibətlərini öyrəniblər. 

    Qeyd edək ki, layihənin rəhbəri 26 saylı orta məktəb-lisey kompleksinin müəllimi, “British Council”un təlimçisi, marker müəllim Nəzirə Qəmbərovadır.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:37

İsmarıclar bağlıdır.