Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 17Окт

    Gəncə Musiqi Kollecinin tələbələri “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə flaşmob təşkil ediblər. Flaşmob Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və dəstəyi ilə reallaşıb. “Ganja Mall” ticarət mərkəzində baş tutan musiqili flaşmobda 100-dən artıq tələbə iştirak edib.

    Gəncə Musiqi Kollecinin 70-dən artıq tələbəsi bir araya gələrək, müxtəlif musiqi alətlərində, Azərbaycanın xalq və bəstəkar mahnılarını, milli rəqslərini ifa ediblər. 30-dan artıq tələbə isə Azərbaycan bayrağının rənglərini özündə əks etdirən geyimlərdə rəqs ediblər. Onların təqdim etdikləri “Yallı” rəqsi isə xüsusi maraq və alqışlarla qarşılanıb.

    Musiqili flaşmob zamanı “Ganja Mall” ticarət mərkəzinin eyvanında 3 rəgli dövlət rəmzi asılıb. Bununla yanaşı flaşmob izləyicilərinə də kiçik ölçülü bayraqlar paylanılıb.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:47

İsmarıclar bağlıdır.