Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 23Окт

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hər həftə şəhər sakinləri ilə görüş keçirir, onları narahat edən məsələlərlə maraqlanır. Bu dəfəki görüş şəhərin “Gülüstan” yaşayış massivində baş tutub. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyytinin başçsı Eldəniz Xudiyev, idarə, müsəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

    Niyazi Bayramov sakinləri salamlayaraq bildirib ki, Gəncənin “Gülüstan” yaşayış massivində hazırda abadlıq quruculuq işləri davam etməkdədir. Yollarda təmir-bərpa işləri gedir, binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur. Niyazi Bayramov vurğulayıb ki, bütün bu tədbirlər Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

    Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi isə sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.

    “Açıq mikrofon” şəraitində keçən görüşdə vətəndaşların müraciəti və problemləri dinlənilib. Sakinlər əsasən məhəllədaxili yolların asfaltlanması, səkilərin abadlaşdırılması, zibil qutularının sayının artırılması, uşaqlar üçün oyun meydançalarının qurulması, küçə işıqlandırılmasına dair müraciətlər səsləndiriblər. Bundan başqa dərman preparatları ilə təminat, sahibsiz itlərlə bağlı tədbirlərin görülməsi də xahiş olunub. Ümumi məsələlərlə yanaşı sakinlər öz şəxsi probelmlərini də dilə gətiriblər. 

    Vətəndaşların müraciətləri tək-tək dinlənilib və əksər problemlər yerindəcə öz həllini tapıb.  Bəzi məsələlərin araşdırılaraq qanuna uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:59

İsmarıclar bağlıdır.