Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 25Окт

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Hae Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarını dövlətimizin başçısına çatdırdı.

    Görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirildi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanların olduğu vurğulandı. Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

    Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin 1985-ci ildə Sovet İttifaqı rəhbərliyində çalışarkən Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını vurğuladı.

    Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olacağına əminlik ifadə edildi.

    Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Kim Çen Ina çatdırılmasını xahiş etdi.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:46

İsmarıclar bağlıdır.