Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 25Окт

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri və Mehriban Dost layihəsinin təşkilati dəstəyi ilə start götürən “Oyun Karvanı Azərbaycanda” layihəsi qədim Gəncədə davam edib.

    Ölkəmizin 7 rayonunu əhatə edən “Oyun Karvanı Azərbaycanda” layihəsi Heydər Əliyev Park Kompleksinin girişində ucaldılan möhtəşəm “Zəfər Tağı”nda balacaları ətrafına toplayıb. Tədbirdə Azərbaycan və Türkiyə rəsmiləri, media nümayəndələri, gənclər iştirak ediblər.

    Azərbaycanda ənənəvi uşaq oyunlarının yenidən inkişafına təkan vermək məqsədi ilə keçirilən layihə uşaqların asudə vaxtını əyləncəli keçirməsinə imkan yaradıb. Tədbirdə rəsmi qonaqlar da əylənib. Əyləncədə ən çox pay isə təbii ki, uşaqların qismətinə düşüb.

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov bildirib ki,  layihə Azərbaycanın və Türkiyənin uşaqları, yeniyetmələri arasında dostluğu, qardaşlığı möhkəmləndirəcək.

    Türkiyə Uşaq Oyunları Fedarasiyasının koordinatoru Koray Akdemir qeyd edib ki, uşaqlara ənənəvi oyunlarımızı – yaylıq götürmə, kəndirçəkmə, çuval yarışı, oturacaq tutma kimi oyunları nümayiş etdirmək istəyirik. Məqsədimiz texnalogiyanın zərərlərindən uşaqlarımızı uzaq tutmaqdır.

    Oyunları və yarışları daha maraqlı edən məqam isə yalnız əyləncə xarakteri daşımasıdı. Tədbir iştirakçıları da uşaqlarla bərabər oyunlara qoşulublar.

    Qalibiyyətin və məğlubiyyətin əsas götürülmədiyi oyunların bütün iştirakçıları hədiyyələrə layiq görülüb.

    Qeyd edək ki, oyun karvanı Gəncədən sonra Qazax rayonuna yola düşüb.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:48

İsmarıclar bağlıdır.