Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 28Окт

    Gəncə  müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir. Qədim mədəniyyətin beşiyi, dahi Nizami Gəncəvinin,   Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin  vətəni Gəncə qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, mətbəxi  ilə seçilib. Yaşı 4000-dən çox olan Gəncə şəhərinin hazırda əhalisi 333,7 nəfərdir.

    Bu gün ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində yeni intibah dövrünü yaşayan Gəncə elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, davamlı qələbələrə, zəfərlərə imza atır, qədimliyi, müasirliyi gözəlliyi ilə gələnləri heyran edir.

     Məlumdur ki, cəmiyyətin inkişafının ən əsas göstəricilərindən biri kitabxanadırdir. Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş zəngin kitabxanaları ilə tanınmışdır. Bu gün ölkəmizdə 3 minə yaxın kitabxana mövcuddur. Bu kitabxanalara kütləvi kitabxanalar, universitet, məktəb kitabxanaları, elmi kitabxanalar s. daxildir. Dövlətimizin bu kitabxanalara olan diqqəti, qayğısı böyükdür: daim dövlət başçısı tərəfindən kitabxana onun fəaliyyəti haqqında qəbul edilən qərarlar kitabxanaların madditexniki bazasını gücləndirir müasir cəmiyyətin informasiya təminatının həyata keçirilməsində birbaşa yardımçı olur.

    İnformasiya cəmiyyətinin formalaşması dövründə kütləvi kitabxanaların müstəsna rolu var. Məhz kütləvi kitabxanalar (xaricdə onlara
    public”, yaxud ictimai kitabxana deyilir) əhalinin bütün təbəqələrinə xidmət göstərir bunun üçün  ən müasir fondu, regionun  özəlliklərini əks etdirən saytı, elektron kitabxanası olmalıdır.

    Bu cür kütləvi kitabxanalardan biri ölkəmizin ikinci böyük  şəhərində fəaliyyət göstərən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemidir. Kitabxananın bu il  85 yaşı tamam olurBir əsrə yaxın yaşı olan kitabxanamız keçən əsrdən başlayaraq bu illər ərzində zəngin təcrübə qazanıb böyük inkişaf yolu keçmişdir. İlk kitabxana 1934- ildə keçmiş Sabir küçəsində (indiki Cavad xan küçəsi) Maarif idarəsinin nəzdində yaradılmışdır. Kiçik bir məkanda yerləşən kitabxananın 1935- ildə  5 minə yaxın fondu  300-dən artıq oxucusu mövcud olmuşdur.

    Lakin zaman keçdikcə kitabxanaya olan maraq daha da çoxalmış 1940- 1950-ci illərində şəhərimizin fərqli ərazilərində 10-a yaxın kitabxana filialı fəaliyyət görtərməyə başlamışdır. 1976-ci ildə Kommunist partiyasının Mərkəzi Komitəsinin qərarı iləMərkəzləşdirilmiş Kitabxana Sisteminin yaradılmasıhaqqında qanundan sonra respublikanın müxtəlif bölgələrində 80-ə yaxın Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaranmağa başlanır. Onlardan biri Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemi olmuşdur. Onun tərkibinə Mərkəzi kitabxana, Mərkəzi kitabxanada fəaliyyət göstərən şöbələr şəhərin müxtəlif ərazilərində yerləşən kitabxana filialları daxildir. Hazırda MKSin 9 şöbəsi 21 kitabxana  filialı vardır. MKSin fondunda 4 minə yaxın kitab varkitab verilişi – 1201792, oxucuların sayı – 6242019.

    Kitabxananın əsas meyarı məqsədi oxucu sayını artırmaq, insanları mütaliəyə cəlb etməkdir. Bu məqsədlə Mərkəzi kitabxananın səyyar, abonement, incəsənət şöbələrində uzun müddətdir ki, ailə abonomentləri yaradılmışdır, fiziki məhdudiyyətli yaşlı oxuculara, həmçinin müxtəlif təşkilatlara səyyar xidmət göstərilmişdir

    MKSnin şöbələrdən öz fəaliyyəti ilə diqqəti daha çox çəkən Uşaq şöbəsidir. Şəhərin mərkəzində, Miniatür Kitab Muzeyinin yaxınlığında yerləşən bu kitabxana öz şəraiti xidmətilə kiçik oxucuların rəğbətini qazanmışdır. Məlumdur ki, uşağın xəyal gücünün inkişaf etməsində, onun kiçik yaşlardan şəxsiyyət kimi formalaşmasında kitabın xüsusi rolu var. Ona görə şöbənin  qarşısına qoyduğu əsas məqsəd kiçik məktəbyaşlı uşaqlara kitabı sevdirmək, onların dünyagörüşünün formalaşmasına müsbət təsir göstərmək, milli vətənpərvərlik hissləri aşılamaq, boş vaxtlarından səmərəli istifadə etmələrində təhsildə yardımçı olmaqdır. Bu məqsədlə uşaqların kitabxanaya cəlb edilməsi üçün valideynlərlə, məktəb bağçalarla sıx əlaqə saxlayıb uşaqların kitabxanaya kollektiv şəkildə ekskursiyalarını təşkil edirmüxtəlif səpkidə tədbirlər: ucadan oxu, söhbət, səhərciklər, ədəbibədii gecələr, disputlar keçirilir. (“Biz sülh istəyirik”, “Elm əqlin zəkasıdır”, “Torpaq, uğrunda ölən varsa vətəndir”, “Dilimiz millimənəvi sərvətimizdir”, “Rəqəmlərin sehrli dünyası”, “Yaşa, var ol, Azərbaycan”, “Dünyanı verək uşaqlara”, “Azad demokratik dövlətimiz milli iftixarımızdır”) Daima uşaqlarla kütləvi zamanı oyunlardan, viktorinalardan, tapmacalardan istifadə edilir, kompyuter vasitəsilə CD, DVD disklərindən istifadə edərək nağıllara qulaq asılır təfəkkürü inkişaf etdirən oyunlar oynanılır. Şöbəyə daxil olan yeni kitabların təbliği ilə əlaqədar kitabxanada, məktəb bağçalarda yeni ədəbiyyatların sərgisi biblioqrafik icmalı təşkil olunur.

    Prezidentin 6 oktyabr 2008-ci il tarixliAzərbaycan Respublikasında kitabxanainformasiya sahəsinin 2008-2013- illərdə inkişafı üzrə Dövlət Proqramıtəsdiq edildikdən sonra Mərkəzi Kitabxana Sisteminin həyatında kitabxana proseslərinin avtomatlaşdırılması ilə əlaqəli yeni bir inkişaf mərhələsi başlanır. Artıq  müasir oxucu  kitabxanaçıdan bilikli yüksək səviyyəli peşəkar olmağı, informasiya kommunikasiya texnologiyalarından istifadə etməyi, müasir dövrlə ayaqlaşmağı bacarmağı tələb edir. Bunun üçün   Gəncə MKS işini zamana uyğun şəkildə yenidən qururoxuculara ənənəvi formada xidmətlə yanaşı, həm mulfimediya xidmətləri göstərir, elektron kitabxanada, elektron dərsliklər ensiklopediyalarla işləmək imkanı s. yaradır.

    2008-ci ildən Gəncə şəhər Mərkəzi Kitabxanası müasir texnologiyalardan qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən istifadə edərək Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə ULTRA şirkəti tərəfindən yaradılan Vahid Mərkəzləşdirilmiş Kitabxana Məlumat Sistemi (ALİSA) elektronlaşdırma proqramından istifadə etməyə başlayır. Kitabxananın öz www.gencekitab.az veb saytı var kitabxanada açıq wifi zonası da mövcuddur ki, burada oxucular veb saytlara, elektron kitabxana sisteminə, elektron kataloqa digər kitabxana mənbələrinə, internet məlumat axtarış sisteminə daxil ola bilərlər.

    Azərbaycanda  kitabxanalar, o cümlədən  Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemi hər zaman dövlət tərəfindən qayğı hiss edir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2004- il tarixli Fərmanı əsasında Latın qrafikasına keçidlə milyonlarla nüsxə bədii əsər çap olunaraq ölkə kitabxanalarına bağışlandı. Bu müddət ərzində kitabxanamıza 45818 kitab daxil olmuşdur.

    Mərkəzi kitabxana filiallarımız il ərzində Prezidentin sərəncamlarına əsasən görkəmli ədəbiyyat mədəniyyət xadimlərinin yubileylərini, vətənpərvərlikmillimənəvi dəyərlərimizi əks etdirən  müxtəlif formada kütləvi tədbirlər keçirir. Buna misal olaraq "Əbədi müstəqilliyimizin təminatçısı" (Ümummilli lider Heydər Əliyev), "Bir kərə yüksələn bayraq bir daha enməz" ( 28 MayRespublika günü), "Haqqın, həqiqətin təntənəsi-15 iyun" (Qurtuluş günü), "Narkomaniya uçuruma aparan yol", "Oxu bayramı", "Mətbuatımızın satira ustası" (Cəlil Məmmədquluzadə-150), "Ədəbiyyat üfüqümüzdə doğmuş eşq günəşi" (İmadəddin Nəsimi-650), "20 Yanvarunudulmaz qan yaddaşımız", "Xocalı qisas çağırışı, fəryad səsidir", "Qanla yazılan tarixin qanlı səhifəsi" (31 MartSoyqırımı günü), "Bir payız axşamı" (Həkimyazar  Tamara İslamqızının kitab təqdimatı), Teatrşünas, tənqidçi Anar Bürcəliyevin kitab təqdimatı , Gəncə Şahmat Məktəbinin əsasını qoyan ilk direktor Salman Cavadzadənin "Bir şahmatçının memuarı" kitabının təqdimat imza günü, yazıçı Qərib Mehdinin "Ağpapağın nağılı" kitabının təqdimatı s. tədbirləri göstərmək olar. Bu tədbirlərə səhər ictimaiyyəti, ziyalılarmüəllimlər, tələbələr scəlb olunurlarEyni zamanda yeniyeni oxucular cəlb etmək məqsədilə şəhərin müxtəlif məkanlarında (universitet, məktəb, lisey, hərbi hissə, park)   kitab sərgiləri nümayiş etdirir, bununla  yeni kitabın, elektron nəşrlərin digər çap məhsullarının geniş oxucu kütləsi içərisində təbliğ edilməsində xüsusi rol oynayır. Bununla yanaşı  səyyar kitabxananın  Gəncənin "N" saylı  hərbi hissələrində  keçirdiyi tədbirlər, əsgərlər üçün təşkil etdiyi ekskursiyalar, kitabxana filiallarının "Sos" uşaq kəndində keçirdikləri tədbirlər, burada  kitabxanaçılar tərəfindən hazırlanan sərgilər iştirakçıların  böyük diqqət   marağını qazanır.

    Yuxarıda qeyd etdiyimiz kimi, bu il Gəncə MKS üçün əlamətdar bir ildir: 85 il ərzində kitabxana gərgin şəraitində əhaliyə xidmət zəngin inkişaf yolu qət edib. Bununla əlaqədar il ərzində filiallar tərəfindən  bir sıra  kütləvi tədbirlər, sərgilər təşkil olunub. Yekun olaraq ilin sonunda Mərkəzi Kitabxananın Oxu zalında şəhər ictimaiyyəti ilə birgə "Kitabxana bizim evimizdir" adlı təntənəli ədəbibədii gecə hazırlanacaq.

    Kitabxanaların  millimədəni irsinin informasiya ehtiyatlarının qorunmasında, gələcək nəsillərə çatdırılmasında müstəsna rolu varÜmummilli liderimiz Heydər Əliyevin  qeyd etdiyi kimi: «Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə   kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir». Buna görə kitabı sevmək, onu kitabxanalarda mühafizə edib nəsildənnəslə ötürmək hamımızın borcudur.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:33

İsmarıclar bağlıdır.