Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 28Окт

    Oktyabrın 27-də Gəncə şəhərində velosiped yürüşü keçirilib. “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

    Veloyürüş Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib. Yürüşdə yüzlərlə Gəncə sakini iştirak edib.

    Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrdən olan məktəblilərə velosiped hədiyyə olunub. Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyəsi nəzərdə tutulub.

    Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:35

İsmarıclar bağlıdır.