Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Ноя

    Cənubi Koreyanın Qvanqju şəhərində keçirilən “2019 — CICA" (Yaradıcı İnnovativ Şəhərlər İttifaqı) şəhər merlərərinin Zirvə Toplantısı yekunlaşıb. “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” mövzusu ətrafında təşkil olunan Zirvə Toplantısında Avropa və Asiyanın 15 müxtəlif şəhərindən dəvət olunmuş nümayəndə heyətləri, Azərbaycanın Cənubi Koreyadakı Fövqəladə və səlahiyyətli səfiri cənab Rəmzi Teymurov, eyni zamanda səfirliyin əməkdaşları və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

    Zirvə toplantısının sonuncu günü Azərbaycan Respublikası, xüsusən də Gəncə şəhəri üçün yadda qalan olub. “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” və "Yaradıcı-innovasiya şəhərləri üçün beynəlxalq əməkdaşlıq" mövzularında aparılan müzakirələr zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın milli brendi olan “ASAN xidmət”dən söz açaraq, onun yaradılması tarixçəsi, inkişafı, həyata keçirilən xidmət növləri və vətəndaş məmnunluğunun əldə olunması istiqamətində qazanılmış nəaliyyətlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib. Niyazi Bayramov Asiyadan və Avropadan olan həmkarlarının diqqətinə onu da  çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu bu qurum, dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni və innovativ yanaşma olmaqla kifayət qədər diqqəti cəlb edə bilib. Çıxış zamanı verilən məlumatlar böyük marağa səbəb olub və toplantı iştirakçıları tərəfindən qəbul olunacaq Bəyannamə üzrə “ASAN xidmət” layihəsinin öyrənilməsinin vacibliyi qeyd edilib.

    Zirvə Toplantısının sonunda “Şəhərlərin uğurlu təcrübələrini bir-biri ilə bölüşməsinə dair” Bəyannamə qəbul edilib.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:14

İsmarıclar bağlıdır.