Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 07Ноя

    Yaxın günlərdə Azərbaycan Dövlət Aqrar Universitetində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq. Ali təhsil ocağının tələbələrinə “Vikipediya” təlimləri keçiriləcək. Təlimlərin əsas məqsədi bölgələrdə könüllülərin sayının çoxalmasına nail olmaqla yanaşı, bu istiqamətdə fəallığı artırmaqdır.

    Bu barədə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

    “Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvi İbrahim Cəfərov bu mərkəzin fəaliyyət göstərməsini və təlimlər keçirilməsini dəstəkləyir. Yenə də əsas məqsəd və istək azərbaycandilli “Vikipediya”da aqrar mövzusunda məqalələr yaradılmasını və redaktəsini həyata keçirməkdir. Həmçinin təlimlər zamanı və ondan sonra könüllülər tərəfindən aqrar mövzuda keyfiyyətli, məzmunlu məqalələr yaradılmasını və redaktəsini gerçəkləşdirməkdir.Xatırladım ki, bir ay əvvəl AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb. Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bu prosesdə fəal iştirak edir. Təlimləri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, azərbaycandilli ”Vikipediya”nın idarəçisi, “Vikimedia” Fondunun qlobal idarəçisi Rüfət Rəhimov keçəcək. O, YAP Gəncə şəhər təşkilatında bir neçə təlim aparıb”, – deyə Elnur Eltürk bildirib.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:10

İsmarıclar bağlıdır.