Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,066
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 19Ноя

    “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi başlayıb. Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi başlayıb. Gəncəəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Quba, Qusar, Şabran, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamaldan rayonlarından olan məktəblilər Gəncəyə gəliblər.

     “Ölkəmizi tanıyaq” avtobuslarının ilk dayanacağı Heydər Əliyev park-kompleksi olub. Burada məktəbliləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndələri və mədəniyyət işçiləri qarşılayıblar.

    Qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın mahiyyətindən söz açıb. O, “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında böyüməsinə, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini qeyd edib. Vəfa Abbasova bildirib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya dövlət başçısının gənclərə diqqət və qayğısının nümunəsidir. Daha sonra xanım müavin məktəblilərə Gəncənin tarixi və mədəniyyəti barədə məlumat verib. Qonaqlara Gəncənin gəzməli-görməli yerlərinin şəkillərindən ibarət kitabçalar təqdim edilib.

    Bildirək ki, Xaçmaz, Siyəzən, Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonlarından olan məktəblilər 2 gün ərzində Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olacaqlar.

    Qeyd edək ki, növbəti gün onlar Şəmkir və Göygölə səfər edəcəklər.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:07

İsmarıclar bağlıdır.