Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,066
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 20Ноя

    Qarakənd faciəsi və ya 20 noyabr hadisəsinin növbəti ildönümüdür.

    1991-ci il noyabrın 20-də  Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub.
    20 noyabr faci
    əsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…
    Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir nə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və “Mi-8”i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin “Mi-8”in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var.
    İndiy
    ə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan “Mi-8”i silahlı mühafizə vertolyotu müşayiət etmirdi?

    Niyə onların hamısı bir vertolyotda idi?


    Bütün bunlar mümkün v
    ə qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.

    1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:

    Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
    İsm
    ət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
    M
    əhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
    Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
    Vaqif C
    əfər oğlu Cəfərov – millət vəkili;
    V
    əli Hüsyn oğlu Məmmədov – millət vəkili;
    Osman Mirz
    ə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
    Qurban Hüseyn oğlu Namaz
    əliyev – nazir müavini;
    İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
    Vladimir Vladimiroviç Kovalyov — DQMB-nin Daxili İşl
    ər İdarəsinin rəisi;
    Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzr
    ə milli təhlükəsizlik şöbəsinin rəisi;
    Nikolay Vladimiroviç Jinkin – fövq
    əladə vəziyyət rayonunun komendantı;
    Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işl
    ər nazirinin müavini;
    Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
    Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
    Rafiq M
    əmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
    Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
    Arif İsmayıl oğlu Hüseynzad
    ə — AzTV-də işıqçı;
    F
    əxrəddin İbrahim oğlu Şahbazov – video-operator;
    Vyaçeslav Vladimiroviç Kotov – vertolyot hey
    ətinin komandiri;
    Gennadi Vladimiroviç Domov — vertolyot hey
    ətinin üzvü;
    Dmitri Borisoviç Yarovenko –vertolyot hey
    ətinin üzvü.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:24

İsmarıclar bağlıdır.