Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,066
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Ноя

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ADAU-nun beynəlxalq əlaqələrinin kifayət qədər genişləndiyini bildirib.

    Universitetdə yaradılan şəraitdən, tələbələrin ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən söz açan rektor qeyd edib ki, bu gün əcnəbi tələbələrdə də Azərbaycan dilinə maraq yüksək səviyyədədir.

    Sonra universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxışında ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğunu bildirib.

    Beynəlxalq əlaqələr şöbəsinin müdir səlahiyyətlərini icra edən Zümrüd Hənifəyeva qeyd edib ki, əcnəbi tələbələrin həm dil biliklərinin yaxşılaşdırılması, həm də mühitə uyğunlaşmaları üçün mütəmadi kurslar və görüşlər təşkil edilir.

    Universitetdə təhsil alan Konqo Demokratik Respublikasından Zeqbali Azeabli Novis, Mopeseka Elizabet Motali, Malaziyadan Muhammed Hazik Reyhan, Somalidən Abdulaziz İbrahim Aden Azərbaycan dilində çıxış edərək, öz dil biliklərini göstəriblər.

    Daha sonra Abdurrahman Karakaş Türkiyə Cumhuriyyətindən gələn və ümumilikdə əcnəbi tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edib.

    Qeyd edək ki, bu gün ADAU-da Türkiyə, Rusiya, İran, Malaziya, Konqo, Gürcüstan, Somali, Lesoto kimi dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 100-ə dək əcnəbi tələbə təhsil alır.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:12

İsmarıclar bağlıdır.