Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,066
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Ноя

    Zəngin keşməkeşli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 101 il ötür. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 101 illik tarixi dövr ərzində müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib, səlahiyyətləri isə xeyli genişlənib.

    Ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 28- süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilmiş yerinə Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. 1959-cu ildə Ədliyyə Komissarlığının yenidən fəaliyyəti dayandırılmış onun səlahiyyətləri ayrıayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

    Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi bununla da Azərbaycan Ədliyyə tarixində yeni mərhələ başlamış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işini təkmilləşdirərək, onun gələcək inkişafı üçün zəmin yarandı.

    Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin qətiyyəti siyasi iradəsi sayəsində ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmışdır, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş onun qarşısında yeni vəzifələr qoyulmuşdur. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, ədliyyə nazirliyinin fəaliyyət dairəsi genişləndirilmiş, cəmiyyətdəki rolu əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yerli qanunvericiliyinin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Ədliyyə işçilərində mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi günün Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi müəyyən edildi. O gündən ədliyyə işçiləri öz peşə bayramını qeyd edirlər.

    Bu gün biz peşə bayramımızı qeyd edərkən dövlət başçısının qayğısını daim hiss edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006- il 19 yanvar 17 avqust fərmanları ilə məhkəmə ədliyyə orqanlarının inkişafının yeni mərhələsi müəyyən edilmişdir. İslahatların bu mərhələsində məhkəmə ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara hüquqi yardıma tələbatının ödənilməsi ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır. Hüquqi fiziki şəxslərin dövlət qeydiyyatının, notariat müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin məhkəmə icraçılarının qanunyaradıcı fəaliyyətinin təkmilləşdirilməsi, yerli texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədi ilə bir sıra qurumlar yaradılmışdır.

    Bir sözlə, Ədliyyə Nazirliyi 101 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir. Ədliyyə Nazirliyində çalışan hər bir ədliyyə işçisi ilk növbədə haqqın ədalətin keşiyində dayanmalı, öz mənəvi saflığı, ədalətli olmağı, peşəkarlığı, vətəndaşlara qayğılı münasibəti ilə Ədliyyə Nazirliyinin nüfuzunu qorumalı, onun adını daim uca tutmalıdır.

    Bu gün qanunun aliliyi, insanların qanun qarşısında bərabərliyi məsələsi ədliyyə sisteminin əsas fəaliyyət prinsipini təşkil edir. Əziz ədliyyə işçiləri, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin adından hər birinizi təbrik edir, bu çətin, şərəfli məsuliyyətli işinizdə hər birinizə uğurlar arzu edirəm.

    Gülnar MƏMMƏDOVA,

    Gəncə şəhər Nizami rayon qeydiyyat

    şöbəsinin böyük məsləhətçisi

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:29

İsmarıclar bağlıdır.