Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,066
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 26Ноя

    Tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub. "Azərbaycan Olimpiya Odisseyası" adlı tədbir olimpiya çempionu Toğrul Əsgərova həsr edilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, "Azərbaycan İdman Könüllüləri" İB-nin sədri Miraqil Seyidzadə, şəhər Gənclər və İdman baş idarəsinin direktoru Müşfiq Cəfərov, "Olimpiya Odisseyası" layihəsinin müəllifi Arzu Qulamov və Toğrul Əsgərovun məşqçisi Elçin Zeynalov iştirak ediblər.

    Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, iştirakçıları şəhər rəhbəri Niyazi Bayramovun adından salamayaraq sağlam həyat tərzində idmanın rolunun danılmaz rolu olduğunu bildirib. O qeyd edib  ki, gənclərimizin idmanla mütamadi məşğul olması, onların sağlam böyüməsinə şərait yaradır və  beləliklə vətənimizə Toğrul Əsgərov kimi çempionlar bəxş edir.  Xanım müavin onu da vurğulayıb ki, Prezident İlham Əliyevin idmana olan xüsusi diqqəti nəticəsində bu gün dünya arenalarında Azərbaycan idmançılarının iştirakı və qələbələrinin sayı günü-gündən artır. Vəfa Abbasova həmçinin bildirib ki, bu il Gəncənin Avropa İdman Şəhəri seçilməsi də şəhərimizdə idmana olan böyük marağın bariz nümunəsidir. 

    "Olimpiya Odisseyası" layihəsinin müəllifi Arzu Qulamov bildirib ki, Toğrul Əsgərovun əldə etdiyi nailiyyətlər Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanınmasında mühüm rol oynayır. Bu səbəbdən Toğrul Əsgərovun əməyinə qiymət verilərək onun həyatı və qazandığı uğurlar barəsində "Ərtoğrul"  adlı  film çəkilib. 

    Çıxışlardan sonra Toğrul Əsgərova həsr olunan "Ərtoğrul" adlı film tədbir iştirakçıları üçün nümayiş etdirilib. “Olimpiya Odisseyası” layihəsi çərçivəsində lentə alınan eyniadlı ekran işində güləşçinin həyatının həm idmana qədər olan, həm də sonrakı dövrü əks olunub. Əsər Gəncədən öncə ilk dəfə İsveçrənin Lozanna şəhərində nümayiş etdirilb və Avropanın 10 ən yaxşı filmi arasında yer alıb. Görüşdə iştirak edən gənclər suallarını Toğrul Əsgərova ünvanlayıblar. İdmançı isə öz növbəsində verilən sualları cavabsız qoymayıb.

    Qeyd edək ki, tədbirin əsas məqsədi "İdman hamı üçün" şüarı altında gənclərin narkotik vasitələr və psixotrop maddələrdən istifadəsinə qarşı mübarizəyə, həmçinin sağlam həyat tərzinin aşılanması və Olimpiya prinsiplərinin təbliğ edilməsi olub.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:06

İsmarıclar bağlıdır.