Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,103
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 16Янв

    1990- ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. 20 Yanvar özümüzü bir millət kimi tanıyan dərk edən tarixdir.

    Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu hərəkəti nəticəsində 1990- il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 20 Yanvar hadisələri zamanı Bakıda respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı şəxsi əmlak məhv edilmişdir. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

    Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq ölkəmiz suverenlik əldə etdi.

    1990- il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilib. Bu faciə xalqı yumruq kimi birləşdirdi bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə , yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır faciəli günlərdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. İlk olaraq haqq səsini ucaldan, Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim milli lider ətrafında birləşdirdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.

    1990- ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21- Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasihüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş 20 Yanvar faciəsinə ilk siyasihüquqi qiymət verən eyni zamanda Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasihüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi.

    Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993- ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. O illərdə hakimiyyətdə olanların cəsarətsizliyi xəyanətinin nəticəsi kimi az qala bu faciə unudulurdu, onu törədən cinayətkarlar da

    Xalqın taleyi üçün məsuliyyət daşımalı olan kəslərin bu cür biganəliyinə xəyanətdən başqa bir ad vermək olmaz. Azadlıq mübarizə yolu Yanvar hadisələrindən keçmiş xalqımızın bu faciəsinə ilk üç il müddətində siyasihüquqi qiymət verilməməsi əslində Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz xalqına xəyanəti kimi qəbul edilir.

    Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti məhz ulu öndərin təşəbbüsü bilavasitə iştirakı ilə açıqlandı.

    Ulu Öndərin 20 Yanvar faciəsinin 4- ildönümünün keçirilməsi ilə bağlı 1994- il yanvarın 5- imzaladığı fərmanda həm Milli Məclisə hadisəyə tam siyasihüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994- ilin mart ayının 29-da respublika parlamenti  «1990- il yanvarın 20- Bakıda törədilmiş faciəli hadisələr haqqında» qərar qəbul etdi. Beləliklə , 20 Yanvar faciəsi məhz ümummilli liderimiz möhtərəm Heydər Əliyevin prinsipial ardıcıl mübarizəsindən sonra öz hüquqisiyasi qiymətini aldı.

    Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20- Şəhidlər Xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabanında ucalan «Əbədi məşəl» abidə kompleksi məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17- imzaladığı fərmanla isə 1990- ilin faciəli yanvar günlərində şəhid olmuş oğul qızlarımıza «20 Yanvar şəhidi» fəxri adı verilib.

    Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20- Şəhidlər Xiyabanını ziyarət edərək «Əbədi məşəl» abidə kompleksinin önünə əklil qoyur.

    Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20- onların xatirəsini dərin ehtiramla yad edir.

    20 Yanvar faciəsi Azərbaycanın azadlığı ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır!

    Sevinc HÜSEYNOVA,

    Gəncə «ASAN xidmət» Mərkəzində Ədliyyə

    Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:06

İsmarıclar bağlıdır.