Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,329
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 23Янв

    Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim və tədris təcrübəsi formatında görüşlər təşkil edilib.

    “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək  Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir. 

    Tədbirdə Gəncə Dövlət Universitetinin əməkdaşları: Tədris şöbəsinin müdiri Elturan Yusifov, rektorun müşaviri İlqar Kubişev, İnformasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya texnologiyalarinin transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər. Altı ölkədən olan on universitetin təmsilçiləri bir araya gələrək “Mediasiya”- təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihənin üçünçü görüşündə iştirak ediblər.

    Təlimlər paralel olaraq iki bölmədə aparılıb. Bir qrup əməkdaş tədris təcrübəsi görüşlərində iştirak edib. Bu görüşlərdə GDU əməkdaşları ilə İspaniyada mediasiya siyasətinin tətbiqi, mediasiya üzrə magistratura proqramının və Azərbaycanda mediasiya federasiyasının yaradılmasına dair müzakirələr aparılıb. Rus və ingilis dillərində aparılan təlim günlərində tədris təcrübə görüşlənin iştirakçıları Mursiya Regionunun Vəkillər Kollecini və Mursiya Regionun Ədliyyə Naziliyinidə ziyarət ediblər.  Təlim-təcrübənin yekununda Elturan Yusifov və İlqar Kubişevə beynəlxalq iştirakçı sertifikatı təqdim edilib.

    Təlimlərin bir hissəsi isə intensiv seminara həsr olunub. Bir həftə davam edən seminar-məşğələdən sonra iştirakçılar üç ölkə (Niderland Krallığı, Latviya, İspaniya) təcrübəsinin yekunu olaraq imtahan verərək beynəlxalq diplomlara layiq görülüblər. GDU-nun üç əməkdaşı imtahanlardan yüksək ballar toplayaraq Beynəlxalq Mediasiya Federasiyası və Niderland Biznes Akademiyasının birgə hazırladığı diplomlarla mükafatlandırılıblar.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:38

İsmarıclar bağlıdır.