Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,329
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Фев

    Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan universitetdə əmək şəraitinin və daxili intizamın təşkilinə həsr olunan Elmi Şuranın 2020-ci il üçün ilk iclası keçirilib.

    İclasda prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, həmçinin tədrisin keyfiyyətinə nəzarət və universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiyaların üzvləri iştirak etmişlər.

    İlk olaraq rektor professor Yusif  Yusibov İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənova texnika elmləri üzrə, iqtisadiyyat-idarəetmə fakültəsinin müəllimi Fuad Abbasova iqtisad elmləri üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş fəlsəfə doktoru diplomlarını təqdim etmiş, Elmi Şura üzvləri adından  onlalara can sağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.

    Elmi Şuranı  açan rektor Yusif  Yusibov bildirmişdir ki,  təhsilin inkişafı istənilən cəmiyyətdə ictimai-siyasi, sosial-iqtisadi sabitliyin təmin edilməsində və geniş mənada uğurlar əldə olunmasında mühüm rol oynayır. “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir”. Müasir dövrümüzdə universitetlərin cəmiyyət və dövlət qarşısında məsuliyyət və öhdəlikləri ölkənin inkişaf səviyyəsinə, dövrün elmi-texniki tərəqqisinə, qloballaşan dünyanın təbiətinə və tendensiyalarına uyğun olaraq artır. Bir sözlə universitetlər ölkənin gələcək inkişafının təməl prinsiplərini hazırlayan elmi-tədqiqat və təhsil müəssisələridir. Bu səbəbdəndir ki, bir çox ölkələr universitetlərinin inkişafına starteji məsələ kimi baxırlar. Qloballaşma prosesləri və bu fonda ölkələrin inkişafında universitetlərin rolu qlobal rəqabətə davamlılığı və inkişafı təmin edən, yeni tip universitetlərin yaradılmasını zəruri edir. Bu baxımdan hazırda bizim də qarşımızda böyük vəzifələr dayanır. Hazırda normativlər toplusunun təkmilləşdirilməsi, təhsildə yeni məzmunun əldə edilməsi, təlim texnologiyalarının və tədris vasitələrinin yeniləşdirilməsi, ali təhsil müəssisəsinin strukturunun və idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, universitet və fakültə Elmi Şuralarının fəaliyyətinin yenidən təşkili, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin səmərliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, yeni maliyyələşmə siyasətinin hazırlanıb həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.

    Daha sonra 2019-2020-ci tədris ilində əldə olunan nəticələr və qarşıda duran məsələlərə dair tədris işləri üzrə prorektor, dosent Fəxrəddin Məmmədov müəllimlərin və gənc kadrların dərsə hazırlıq səviyyəsi, mühazirə və seminar dərslərindəəllimlərin tətbiq etdiyi interaktiv təlim metodları, texnologiyaları və tədris vasitələri, həmçinin qış semestr imtahanlarının yekunu,  elm və innovasiyalar üzrə prorektor Pervin Kərimzadə  universitetin professor-müəllim heyətinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nə­ticələri və yerinə yetiriləcək elmi-tədqiqat işləri, tematik planları haqqında ətraflı məlumat vermişlər.

    Sonra rektor Yusif  Yusibov prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, eləcə də tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərlərinin və monitorinq qrupu üzvlərinin universitetdə dərslərin və nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında məmnuniyyətin təmin edilməsi ilə bağlı görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar vermişdir.

    Elmi Şuranın sonunda iqtisad elmləri doktoru Arzu Həsənov menecment və turizm işi kafedrasında, biologiya elmləri doktoru Vəfa Məmmədova  anatomiya, fiziologiya və zoologiya kafedrasında boş olan professor yerinə, filologiya üzrə fəlsəfə doktoru Aygün Əliyeva fransız dili kafedrasında, tarix üzrə fəlsəfə doktoru Gülarə Əliyeva Azərbaycan tarixi kafedrasında, aqrar elmlər üzrə fəlsəfə doktoru Zərifə Tağıyeva botanika kafedrasında boş olan dosent yerlərinə seçilmələrinə dair vəsatətləri səsə qoyularaq qəbul edilmişdir.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:05

İsmarıclar bağlıdır.